adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Iyun 2015 14:40
65087
RUBRİKA

"Seçildiyim dairədə elə bir ərazi yoxdur ki, həmin yerdə olmayım" - Mandat

Mandat. Ohər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycandahər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsiletmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçiriləcək. İndikideputatlardan yenə seçilmək istəyənlər olacaq. Son sözü həmişə xalq deyir.Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur.Necə deputat olduqlarını, hansı təkliflərlə, çıxışlarla, mövqeləri ilə seçildiklərinidaha yaxşı özləri bilər. Əlbəttə qiyməti seçici müəyyənləşdirir, ancaq dəyərinigərək mütləq və mütləq özün biləsən.

Rubrikamızınbugünkü qonağı 29 saylı Səbail seçki dairəsininmillət vəkili Fuad Muradovdur.

-Fuad müəllim,5 illik Milli Məclis fəaliyyətinizi necə dəyərləndirirsiniz?

- Milli Məclisdə fəaliyyəti şərti olaraq iki hissəyəbölmək olar. Bunun birincisi seçicilərlə işdir ki, mütamadi olaraq görüşlərimizolur. Bu həm Milli Məclisdə rəsmi qəbul, həm də rayon ərazində müxtəlif yerlərdəbaş tutur. Bu günə qədər seçicilərlə 100-dəngörüşümüz olub. Seçiciləri maraqlandıran müxtəlif məsələlərin həlli istiqamətindəişlər aparılır. Bu günə qədər daxil olan müraciətlərin demək olar ki, hamısı özhəllini tapıb. Bəzən elə məsələlər olur ki, bu millət vəkilinin səlahiyyətlərindənkənar olur. Bu zaman isə aidiyyatı orqanlara müraciətlər ünvanlanır və həminproblemlər də öz həllini tapır. Lakin 5 illik fəaliyyətin əsas dəyərləndirməsiniseçicilər özləri edə bilərlər. Bu illər ərzində ən müxtəlif məsələlər üzrəmüraciətlər olur. Sosial problemlər, hüquqi məsələlər, qeydiyyat məsələləri əsasənçoxluq təşkil edib. Çalışmışıq ki, bütün problemlər öz həllini tapsın.

Milli Məclis fəaliyyətində digər tərəf isə Beynəlxalqfəaliyyətdir ki, bu həm müxtəlif beynəlxalq təşkilatlarda, həm də Parlamentlərarasıdostluq qruplarındakı işlərlə əlaqəlidir. Mən Avronest Parlament AsambleyasındaEnerji Təhlükəsizliyi Komitəsinin həmsədriyəm. Prezident İlham Əliyevin uzaqgörənsiyasəti nəticəsində Azərbaycan bu gün Avropanın enerji təminatçısına çevrilib.Biz də öz işimizi bu istiqamətdə qururuq. Bu gün həqiqətən də ölkəmiz istərregionda, istərsə də Avropada enerji sahəsində müstəsna xidmətlərə malikdir.

Bundan başqa ABŞ, Litva, Almaniya, Fransa, Rusiyaparlamentlərarası dostluq qrupunda təmsil olunuram. Adıçəkilən ölkələrinparlamentləri, eyni zamanda müxtəlif təşkilatları ilə ikitərəfli əlaqələimizvar. Bütün bunlar isə Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir. İstərAvronest, istərsə də parlamentlərarası dostluq qruplarında əsas fəaliyyətistiqaməti Azərbaycanın ərazi bütövlüyü məsələsidir. Biz hər zaman çalışırıqki, Qarabağ məsələsini olduğu kimi dünya ictimaiyyətinə çatdıraq. Çünki ermənilobbisi yalan informasiyalarla bu istiqamətdə iş aparır. Lakin biz də öz növbəmizdəəsl həqiqəti ortaya qoymaqla Azərbaycan həqiqətlərini dünyaya çatdırmağaçalışırıq.

-Bu müddət ərzindəhansı problemin həlli sizi daha çox sevindirib?

- Millət vəkili olaraq seçildiyim dairədə elə birküçə, elə bir ərazi yoxdur ki, deputat olandan həmin yerdə olmayım. Seçicilərinarahat edən bütün məsələlərlə maraqlanırıq. Bu həmn sosial istiqamətdə, həm dəhüquqi yardım, qeydiyyat və digər məsələlərdə öz əksini tapır. Bu günə qədərbir çox problemlərin həlli bizi sevindirib. Əvvala qeyd etmək lazımdır ki, istənilənbir problemin həlli həm bununla üzləşən, həm də bu məsələnin həllində vasitəçilikedən şəxsi sevindirir. Bu müddət ərzində çalışmışıq ki, heç bir müraciət nəticəsizqalmasın. Bəzən seçicilərin istəkləri millət vəkilinin səlahiyyətləri xaricindəolur. Məsələn, dəfələrlə ehtiyaclı insan bir probleminin həlli üçün müraciətedib. Biz çalışmışıq ki, daxili imkanlarımız hesabına və dostlarımızın köməyiilə problemləri həll edək. Həmin məsələ həllini tapanda o insanın üzündəkisevinc və məmnunluq əlbəttə məni də sevindirir.

Yeni il, Novruz, Ramazan, Qurban və digər millibayramlarda aztəminatlı ailələləri, qocaları, xəstələri xüsusi diqqətdəsaxlamağa çalışırıq. Bizdə rayon ərazində qeydiyyatda olan bu təbəqə insanlarhaqqında məlumatlar var. Vaxtaşırı onları ziyarət edir bacardığımız köməkliyigöstərməyə çalışırıq.

Bildiyimiz kimi Səbail rayonun bəzi əraziləri dövlətplanına düşərək sökülməli idi. Burada bəzi iş icraçılarının məsuliyyətsizliyi vədüzgün maarifləndirmə işinin aparılmaması nəticəsində sakinlər üçün problemləryaranmışdı. Aidiyyatı orqanlara bizim müraciətimizdən sonra məsələ həllinitapdı.

-MANDAT-ınıqazandığınız seçicilərin həll olunmamış problemi kimi nələri sadala bilərsiniz?

- Müraciət olunmayan müəyyən problemlər ola bilərki, həllini tapmamış olsun. Lakin biz həmişə seçicilərimizə bildiririk ki,onları narahat edən mələlərlə bağlı bizi xəbərdar etsinlər. Həmçinin biz məsələləridaim diqqətdə saxlayırıq və çalışırıq ki, problemlər ortaya çıxan kimi xəbərimizolsun.

Eyni zamanda ərazidə bəzi küçələrdə yol,işıqlandırma ilə bağlı problemlər mövcuddur. Bununla bağlı bizə çoxsaylı müraciətlərolur. Öz növbəmizdə müvafiq icra strukturlarını bununla bağlı rəsmi olaraq məlumatlandırmışıq.Düşünürəm ki, qısa zamanda bu prblemlər də öz həllini tapacaqdır.

-Qarşıdan gələnparlament seçkilərində iştirak etmək niyyətiniz varmı?

- Bu barədə hələ qəti söz demək tezdir. Millət vəkiliolaraq fəaliyyətimi davam etdirirəm. Seçicilər də fəaliyyəti görür və qiymətləndirir.

-Fuad müəllim, Azərbaycan Milli Məclisindəaktiv olan millət vəkilləri azlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir.Bunun səbəbi nə ilə əlaqədardır?

- Əgər millət vəkili seçilibsə deməli həmin seçicilərinməsələləri ilə məşğul olmalıdır. Düşünürəm ki, millət vəkili həmkarlarım öz üzərilərinədüşən vəzifəni yerinə yetirirlər. Təbii ki, bu olmadığı halda seçicilərinetibarını qazana bilməzlər. Həmçinin bu müddət ərzində dəfələrlə istərParlament Jurnalistlər Birliyi, istərsə də digər təşkilatlar tərəfindən "İlin ənfəal deputatı” sorğuları keçirilib. Mən də həmin sorğularda qalib elanolunmuşam. Yəni, bizim fəaliyyətimiz göz qabağındadır. Digər millət vəkilləri dəyəqin ki, fəaliyyətlərində seçicilərlə işi ön plana çəkirlər. Çünki əgər sənəetimad olunubsa və bu dairədən millət vəkili seçilmisənsə deməli burada yaşayaninsanların danışan səsi, sözüsən. Həmçinin onları narahat edən məsələləri müxtəlifqurumlara bildiməlisən. Bu öncə vəzifə borcu, məsuliyyətdir.

-Adətən Millətvəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyənsoyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

- Bu cür düşünmürəm. Həm Milli Məclis, həm də İcraHakimiyyətləri ölkə vətəndaşlarına xidmət göstərir. Eyni zamanda qanunvericilikorqanı kimi Milli Məclisin qəbul etdiyi qərarlar müvafiq İcra Hakimiyyətiorqanı tərəfindən icra edilir. Həmçinin millət vəkilləri seçildikləri rayonunmüvafiq İcra strukturları ilə birbaşa əlaqələli şəkildə işləyirlər. Çünki başqacür ola da bilməz. Hər hansı məsələnin həlli üçün ikitərəfli əməkdaşlıq vacibamildir. Biz də öz fəaliyyətimizdə Səbail rayonu icra hakimiyyəti ilə birgəçalışırıq. Bizim hamımızın əsas məqsədi Ulu Öndər tərəfindən əsası qoyulan vəPrezident İlham Əliyev tərəfindən bu gün inkişaf etdirilən müstəqil Azərbaycanınqorunması və yeni uğurlara doğru addımlamasında bütün gücümüzlə fəaliyyət göstərməkolmalıdır.

Ədil Ədilzadə