14 Avqust 2025 10:48
121
SİYASƏT

Səfir: Bu Azərbaycanla məsləhətləşmədən sonra mümkün ola bilər

Pakistanın Ermənistana münasibətində hər hansı hansı dəyişiklik Azərbaycanla məsləhətləşmələrdən sonra mümkün ola bilər.

Adalet.az Report-a istinadən xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib.

O qeyd edib ki, Pakistanın Ermənistanı tanımamaq qərarı Azərbaycana olan sevgi, hörmət və qardaşlığa əsaslanır:

“Bu, Azərbaycanın yanında olduğumuzun bir göstəricisidir. Üç onillikdir davam edən siyasətimizdə hər hansı dəyişiklik Azərbaycandakı dostlarımızla məsləhətləşmədən sonra mümkün ola bilər”.