Səfirlik: 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmamışıq
ABŞ-nin Azərbaycandakı Səfirliyində 11 sentyabrda ABŞ-də baş verən terror hadisələrinin qurbanları anılıb.
Adalet.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” hesabında paylaşım edilib.
Mərasimdə səfir Mark Libby və səfirliyin əməkdaşları iştirak edib.
Qeyd olunub ki, ABŞ ölkə tarixi üçün faciəvi olan həmin günlərdə Azərbaycanın onunla birgə olduğunu və dəstəyini unutmayıb.
“Bu gün səfir Mark Libby başda olmaqla, ABŞ səfirliyinin əməkdaşları Nyu-Yorkda 11 sentyabr hücumlarında həlak olmuş 2977 günahsız insanın xatirəsini yad etmək üçün toplaşıblar. Birləşmiş Ştatlar tariximizin bu faciəli anında göstərdiyi dəstəyə və yardım təklifinə görə hər zaman Azərbaycana minnətdar olacaq”, - paylaşımda deyilir.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də baş verən terror hadisəsi zamanı ümumilikdə 2977 nəfər ölüb. Onlardan 246 nəfəri qaçırılan təyyarələrin sərnişinləri, 2755 nəfəri isə təyyarələrin çırpıldığı binaların içərisində olanlardır.
Digər Xəbərlər
16 Sentyabr 2026 08:55
“Azərbaycan və BƏƏ sabitlik və dialoqa töhfə verir” - Hikmət Hacıyev
15 Sentyabr 2026 17:41
"Heç kimin qabağında baş əymirik və əyməyəcəyik" - İlham Əliyev
15 Sentyabr 2026 17:15
"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır" - Dövlət başçısı
15 Sentyabr 2026 16:47
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident
15 Sentyabr 2026 16:43
"Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq" - Dövlət başçısı
15 Sentyabr 2026 16:30
İlham Əliyev beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - FOTOLAR + YENİLƏNİB
15 Sentyabr 2026 15:35
Ərdoğan Azərbaycanı təbrik edib
15 Sentyabr 2026 15:25


Bakı -°C

