Şəhərlərarası və beynəlxalq danışıq tarifləri TƏSDİQLƏNDİ
Azərbaycanda ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan (məftilli və simsiz) həyata keçirilən şəhərlərarası (rayonlararası) telefon danışıqları ilə bağlı tarif ƏDV daxil olmaqla 1 dəqiqə üçün 0,03 manat təsdiq edilib.
Adalet.az xəbər verir ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qəbul etdiyi telekommunikasiya sahəsində bir sıra tariflərin tənzimlənməsi haqqında qərarda öz əksini tapıb.
Qərara əsasən, şənbə, bazar və bayram günləri bütün gün ərzində, digər günlərdə isə saat 00:00-dan 08:00-dək bu tarifə 0,8 əmsalı tətbiq edilib.
Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan taksofonlardan həyata keçirilən telefon danışıqları ilə bağlı tarif ƏDV daxil olmaqla 1 dəqiqə üçün şəhərdaxili (rayondaxili) istiqamətdə 0,02 manat, şəhərlərarası (rayonlararası) istiqamətdə 0,05 manat təsdiq edilib.
Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sellülar (mobil) və sabit telefonlardan (məftilli, simsiz və taksofonlar) həyata keçirilən beynəlxalq telefon danışıqları ilə bağlı tarif bütün istiqamətlər üzrə ƏDV daxil olmaqla 1 dəqiqə üçün 0,50 manat təsdiq edilib.
Digər Xəbərlər
08 Sentyabr 2026 12:38
Sabah hava necə olacaq?
08 Sentyabr 2026 12:27
İnvestisiya Holdinqinin Baş icraçı direktoru işdən çıxarıldı
08 Sentyabr 2026 12:25
"Yağıntıların artması minatəmizləməyə mənfi təsir göstərir" - ANAMA
08 Sentyabr 2026 11:47


Bakı -°C

