Şəhid qardaşına vəzifə verildi
Sumqayıt Bələdiyyəsinə mətbuat katibi təyin edilib.
Adalet.az xəbər verir ki, bu vəzifə 44 günlük Vətən müharibəsinin şəhidi Elnur Allahverdizadənin qardaşı Səbuhi Allahverdizadəyə həvalə olunub.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Elnur Allahverdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində topçu olaraq könüllü iştirak edib. O, Ağdam və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
E.Allahverdizadə 7 noyabr 2020-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb. 8 noyabr 2020-ci ildə Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub./report
Digər Xəbərlər
26 Sentyabr 2026 16:58
Jurnalistlərin IX qurultayı keçiriləcək - Tarix açıqlandı
26 Sentyabr 2026 15:55
“Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”
25 Sentyabr 2026 13:34
Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək
14 Sentyabr 2026 19:12
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub - FOTOLAR
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12


Bakı -°C

