Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi
Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində vətəndaşları sanitar-gigiyenik qaydalara xüsusi diqqətlə yanaşmağa çağırır.
Nazirlikdən Adalet.az-a verilən məlumata görə, çağırış əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilədir.
Xüsusilə yüksək həssaslıq qrupuna aid olan şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi mühafizə vasitələrindən istifadə etmələri, əl gigiyenasına ciddi riayət etmələri tövsiyə olunur. Eyni zamanda, immun sisteminin möhkəmləndirilməsi məqsədilə gündəlik qidalanma rejiminə vitaminlərlə zəngin ərzaqların daxil edilməsi məqsədəuyğundur.
Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına məsuliyyətlə yanaşmağa, şəxsi gigiyena qaydalarına əməl etməyə, özünü və ətrafındakıları mümkün yoluxma risklərindən qorumağa çağırır.
Unutmayaq ki, sağlamlıq hər birimizin birgə məsuliyyətidir.
Digər Xəbərlər
10 Mart 2026 13:20
Türkiyə polisinin nümayəndələri Polis Akademiyasının kursantını ziyarət edib - FOTOLAR
10 Mart 2026 10:14
Dezinseksiya və təhlükəsizlik qaydaları - Səhiyyə Nazirliyindən xəbərdarlıq
06 Mart 2026 17:15
Həkim həyəcan təbili çalır!
03 Mart 2026 12:09


Bakı -°C

