Səhiyyə Nazirliyi Füzulidə əhalinin növbəti tibbi müayinələrini təşkil edib - FOTOLAR
Səhiyyə Nazirliyi “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunan ərazilərdə səyyar müayinələr və sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaları davam etdirir. Bu tədbirlərin başlıca məqsədi müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsinə əlavə tövhə verməkdən ibarətdir.
Adalet.az xəbər verir ki, növbəti belə tədbir oktyabrın 18-də baş tutub. Nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun tibb heyəti tərəfindən Füzuli şəhərində sakinlərin müayinələri aparılıb.
Aksiyanın məqsədi Füzuli rayonunda yaşayan vətəndaşların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, onlarda zədələrin, qırıq və çıxıqların diaqnostikası və aşkarlanması, travmalar nəticəsində yaranan problemlərin aradan qaldırılması üçün dərhal tibbi müdaxilə və müalicə tədbirlərinin təmin edilməsidir. Bundan əlavə aksiya, posttravmatik reabilitasiya proqramlarının tətbiqi ilə vətəndaşların funksional imkanlarının bərpa olunması və həyat keyfiyyətinin artırılması, əhalinin travmatoloji zədələrdən qorunması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və gələcəkdə belə problemlərin qarşısının alınması məqsədini daşıyır.
Müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Bundan əlavə, onurğa, sinir, dayaq-hərəkət sistemi, bütün növ travmatoloji və ortopedik xəstəliklərin diaqnostikası aparılıb.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimləri tədbir iştirakçılarına sağlamlıqlarının tez və effektiv şəkildə bərpasına nail olmaq üçün öz tövsiyələrini veriblər.
Aksiya zamanı 100-ə yaxın vətəndaş müayinələrdən keçirilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.
Digər Xəbərlər
02 Oktyabr 2026 15:44
Yaş saçla yatmayın: Bu riski artıra bilər
02 Oktyabr 2026 15:36
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib
01 Oktyabr 2026 09:20
2-10 yaş aralığında olan azyaşlılar yoluxur - Uşaqlar üçün həyəcan təbili - VİDEO
30 Sentyabr 2026 17:43
Tükənmişlik sindromu yaşayanlar oxusun
30 Sentyabr 2026 15:22
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
30 Sentyabr 2026 10:44
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır - VİDEO
29 Sentyabr 2026 13:08
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
29 Sentyabr 2026 11:52


Bakı -°C

