Səhiyyə Nazirliyi nəzdində Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi fəaliyyətə başlayıb
Səhiyyə Nazirliyi nəzdində Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi (Security Operations Center – SOC) fəaliyyətə başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Belə ki, Mərkəzin yaradılması səhiyyə sahəsində rəqəmsallaşma prosesinin təhlükəsizliyinin təmin edilməsi, habelə xüsusi əhəmiyyətli məlumat infrastrukturunun mühafizəsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi baxımından mühüm strateji addımdır.
SOC mərkəzi 24/7 fasiləsiz növbəli rejimdə fəaliyyət göstərərək tibbi informasiya sistemlərinin, pasiyent məlumatlarının və rəqəmsal səhiyyə xidmətlərinin kibertəhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynayacaq. Proaktiv monitorinq, kiberhücumların və informasiya təhlükəsizliyi insidentlərinin erkən aşkarlanması və operativ şəkildə aradan qaldırılması mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir.
Mərkəzin əsas məqsəd və vəzifələrinə tibbi məlumatların konfidensiallığının və bütövlüyünün qorunması, tibb müəssisələrinin fəaliyyətinə mane olan kiberhücumların qarşısının alınması, Nazirliyin tabeliyində olan informasiya sistemlərinin mərkəzləşdirilmiş monitorinqi və insidentlərə operativ reaksiya mexanizmlərinin tətbiqi daxildir.
Səhiyyə sahəsində məlumat təhlükəsizliyinin təmin edilməsi vətəndaşların etimadının və milli təhlükəsizliyin mühüm tərkib hissəsidir. SOC mərkəzinin fəaliyyəti çərçivəsində Data Loss Prevention (DLP) və Identity & Access Management (IAM) kimi müasir təhlükəsizlik həllərinin tətbiqi yekunlaşma mərhələsindədir və milyonlarla pasiyentin məlumatları ciddi nəzarətdə saxlanılır.
Digər Xəbərlər
29 Dekabr 2025 12:26
“Azərbaycanla Ermənistan arasında Qazax istiqamətində sərhədlər açıla bilər...”
29 Dekabr 2025 12:26
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
29 Dekabr 2025 11:36
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
29 Dekabr 2025 10:41
“Kişilərin müraciətlərinin arxasında bunu bilmədən nəticə çıxarmaq...”
29 Dekabr 2025 09:49
DİQQƏT: Partlayış səsləri eşidiləcək
29 Dekabr 2025 09:44
“ASAN xidmət” işçilərinin peşə bayramı günü qeyd edilir
27 Dekabr 2025 13:10
Kamran Əliyev prokurorlarla vəkillərin əməkdaşlığından danışdı
27 Dekabr 2025 12:55


Bakı -°C

