Səhiyyə Nazirliyində Kubanın səfiri ilə görüş keçirilib - FOTOLAR

Azərbaycan Səhiyyə Nazirliyində Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də Azərbaycan-Kuba əməkdaşlığın nümunəvi olduğunu vurğulayıb. Teymur Musayev Səhiyyə Nazirliyinin nümayəndə heyətinin 2023-cü ildə dost dövlətə səfəri və Baş nazir Manuel Marrero Krusla görüşünü xatırladıb: “Səfər çərçivəsində bir sıra əhəmiyyətli və məhsuldar görüşlər baş tutub. Nümayəndə heyəti Kuba Respublikasının aparıcı tibb və əczaçılıq müəssisələrini ziyarət edərək, onların fəaliyyəti ilə tanış olub. Həmçinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb”.
Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da səmərəli olacağına əminliyini ifadə edib.
Öz növbəsində Karlos Enrike Valdes de la Konsepsyon Kubanın Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib: “Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələr mövcuddur. Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub. Bu müddət ərzində Kuba və Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlər müsbət dinamika ilə inkişaf edir”.
Dost ölkələrin səhiyyə nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini qeyd edən Kuba səfiri bu sənədin səhiyyə və tibb elminin inkişafı sahəsində ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

DYP sərnişin daşıma ilə məşğul olanlara müraciət etdi
jpg-1744802127.jpg)
Macarlardan ermənilərə 3-cü şillə: Macar turançılığı

Türk Dünyasının Tanınmış Alimi Aygün Attarın Doğum Günüdür

Qeyri-sabit hava şəraiti ilə əlaqədar növbəti müraciət

Teymur Musayev Dmitri Pineviç ilə görüşüb - FOTO

ADY gücləndirilmiş rejimdə çalışır - Qatarların qrafik üzrə fəaliyyəti bərpa olundu - YENİLƏNİB

Müddətli həqiqi hərbi xidmətə çağırış barədə bildirişlər “myGov”da!
