Azərbaycanda bütün limanlar bağlandı

Azərbaycanda yağışlı hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.
"Hazırda Xəzər dənizi akvatoriyasında küləyin sürəti 30-35 m/s-ə yüksəlib, sahilboyu ərazilərdə dalğaların hündürlüyü 3 metrdən çoxdur. Bütün limanlara giriş və çıxış bağlıdır, yerli və xarici bayraq altında olan bütün gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara yerləşdirilib", - o bildirib.
Saat 06:00-a olan məlumata görə, Bakıda və Abşeron yarımadasında maksimal sürəti 33 m/s-ə çatan güclü şimal-qərb küləyi müşahidə olunub.
Digər Xəbərlər

DYP sərnişin daşıma ilə məşğul olanlara müraciət etdi
jpg-1744802127.jpg)
Macarlardan ermənilərə 3-cü şillə: Macar turançılığı

Türk Dünyasının Tanınmış Alimi Aygün Attarın Doğum Günüdür

Qeyri-sabit hava şəraiti ilə əlaqədar növbəti müraciət

Teymur Musayev Dmitri Pineviç ilə görüşüb - FOTO

ADY gücləndirilmiş rejimdə çalışır - Qatarların qrafik üzrə fəaliyyəti bərpa olundu - YENİLƏNİB

Müddətli həqiqi hərbi xidmətə çağırış barədə bildirişlər “myGov”da!
