Səhiyyə Nazirliyində Qlobal Fondun Missiyası ilə görüş oldu
Səhiyyə Nazirliyində Qlobal Fondun Portfolio meneceri Olqa Avdeyevanın başçılıq etdiyi Missiya ilə görüş keçirilib.
Nazirlidən Adalet.az-a bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın Qlobal Fondla əməkdaşlığa önəm verdiyini qeyd edib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin Qlobal Fondun missiyaları ilə mütəmadi keçirilən görüşləri mövcud əlaqələrin daha da inkişafına böyük dəstək verir.
Teymur Musayev 2005-ci ildən etibarən QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin dəstəklənməsində yaxından iştirak etdiyini bildirib: “Hazırda Azərbaycanda Qlobal Fondun layihələri davamlı olaraq həyata keçirilir və ölkəmizin vərəmlə mübarizəsinə böyük töhfədir”.
Nazir, həmçinin ötən ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını xatırladıb. “Malyariya ilə mübarizədə uğur, həm də ÜST-nin aparıcı mövqe tutduğu tərəfdaşların uzun illər hərtərəfli dəstəyi sayəsində mümkün olub”.
Sonda Teymur Musayev Azərbaycan Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında səmərəli əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyini qeyd edib.
Öz növbəsində Qlobal Fondun Missiya rəhbəri Azərbaycanın “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını yüksək qiymətləndirib: “Bu nailiyyət səhiyyə işçilərinin davamlı fədakarlığı, həmçinin malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olub”.
Azərbaycanın QİÇS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirən Olqa Avdeyeva, göstəricilərin region üzrə uğurlu olduğunu bildirib. Missiya rəhbəri, həmçinin Qlobal Fondun Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə bir sıra mühüm layihələrin icra olunduğunu vurğulayıb.
Görüşdə həmçinin əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.
Digər Xəbərlər
22 Mart 2026 13:50
Bayram günlərində təhsil işçiləri bir araya gəldi - FOTOLAR
22 Mart 2026 11:28
İrandan Azərbaycana neçə nəfər təxliyə olunub?
21 Mart 2026 13:00
Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb
21 Mart 2026 10:43
Oğlu və nəvəsi məzarı başında... - FOTO
20 Mart 2026 22:00
Leyla Əliyevadan Ramazan paylaşımı - VİDEO
20 Mart 2026 18:14
Mehriban Əliyevadan xalqa Novruz təbriki
20 Mart 2026 15:00
Bu çağırışçılar 1 il müddətinə zabit kimi orduda xidmət edəcək
20 Mart 2026 14:04


Bakı -°C

