Selçuk Bayraktar: “Technofest” yenidən Azərbaycanda keçirilə bilər"

“Technofest” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı yenidən Azərbaycanda təşkil oluna bilər.
Adalet.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Technofest”in İdarə Heyətinin sədri, "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.
O, qeyd edib ki, bu festivalın qardaş ölkələrdə - türk dünyasında keçirilməsi planlaşdırılır.
"Türk kimi ən yaxşı olanı yaratmaq hissi keçirmək baxımından və müstəqillik üçün belə tədbirlər vacibdir. Bu səbəbdən artıq 11-ci “Technofest” həyata keçirilir. Festival ölkələr arasında mədəni və texnoloji mübadilənin aparılmasında mühüm rol oynayır”, - deyə S.Bayraktar əlavə edib.
Şimali Kiprin paytaxtı Lefkoşada təşkil olunan sayca 11-ci “Technofest" mayın 4-nə qədər davam edəcək. Festivalı yerli Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) dəstəkləyir.
Digər Xəbərlər

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

İKTA yeni elektron hesabatlılıq sistemini işə salıb

Kiberməkanda genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ

Ukraynada müharibə nə zaman bitəcək? - Süni intellektin cavabı məyus etdi

Azərbaycan mobil xidmətlər üzrə qabaqcıl ölkələr sırasındadır

“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - FOTOLAR
