10 Aprel 2025 11:55
471
HADİSƏ

Şəmkirdə iki ədəd əl qumbarası tapıldı

Şəmkirdə iki ədəd əl qumbarası aşkar edilib.

Adalet.az xəbər verir ki, Şəmkir şəhəri ərazisində su arxının kənarında 2 ədəd "F-1" əl qumbarası tapılıb.

Polis əməkdaşları və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə gəlib və əl qumbaraları götürülüb.

Faktla bağlı araşdırma aparılır.