Şəmkirdə istehlaka yararsız ət aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daxil olan məlumat əsasında Şəmkir rayonu, Sabirkənd kəndində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə baxış keçirən zaman Əliyev Nurlan Məhəmməd oğluna məxsus mağazada satışa çıxarılan ətin rənginin qara, kəskin qoxulu və istehlaka yararsız olduğu müəyyən olunub.
AQTA-dan Adalet.az-a verilən məlumata görə, həmçinin mağazanın qarşısında 57-CD-617 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobilin yük yerində istehlaka yararsız ət aşkar olunub.
Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub. 75 kq rəngi qara, kəskin qoxuya malik ət isə məhv edilib. Araşdırmalar davam etdirilir.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Digər Xəbərlər
12 Sentyabr 2026 10:20
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
12 Sentyabr 2026 10:02
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
11 Sentyabr 2026 17:51
"Fast-food" prostat xərçəngi yaradır
11 Sentyabr 2026 11:16
İİV illərlə simptomsuz qala bilər – mütəxəssisdən mühüm açıqlamalar
10 Sentyabr 2026 16:49
Balaca Raula dəstək olaq! - FOTOLAR
10 Sentyabr 2026 09:10
ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
09 Sentyabr 2026 17:33
İsmayıllıda kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 Sentyabr 2026 12:22


Bakı -°C

