"Sənədsiz evlərin sənədləşdirilməsi əmlak bazarını canlandıracaq" - Deputat
![](https://adalet.az/uploads/img/posts/2025/02/14/31jpeg-1739519730.jpeg)
"Cəmiyyətimizi narahat edən məsələlərdən biri sənədsiz evlərin sənədləşdirilməsidir. Sənədsiz evlərin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Bəziləriləri 500 min, 700 min və ya 1 milyon sənədsiz evin olduğu deyir. Təkcə Bakı şəhəri üzrə 500 min sənədsiz ev mövcuddur".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Kamran Bayramov deyib. O bildirib ki, bunların arasında qanunsuz, qadağan olunmuş ərazidə tikilən evlər var:
"Bu yerlərdə vətəndaşlara mülkiyyət sənədlərinin verilməsi mümkün deyil. Bir milyona yaxın sənədsiz ev varsa, ölkə bələdiyyələri bu qədər əmlakdan vergi yığa bilmirlər. Bu çox böyük vəsaitdir. Mərhələli şəkildə sənədsiz evlərin sənədləşdirilməsi işi davam etdirilərsə, bu bələdiyyələrə böyük köməklik göstərər, onların maliyyə imkanları artar. Sənədsiz evlər sənədləşirsə, ölkənin əmlak bazarı, bank sektoru canlanır. Sənədsiz evləri istifadə edənlər həmin əmlak üzərində sərəncam vermək hüququna malik deyirlər. Onu alqı-satqıya yönəldə bilmirlər. Cənab Prezidentin sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı qəbul etdiyi fərmanları nəzərə alsaq, əminəm ki, bu istiqamətdə tədbirlər davam etdiriləvcək".
Nicat
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2025/02/15/6jpg-1739598025.jpg)
Türkiyə parlamentində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçiriləcək
![](https://adalet.az/uploads/img/posts/2025/02/14/1jpg-1739546215.jpg)
İlham Əliyev Suriyanın yeni prezidentini TƏBRİK ETDİ
![](https://adalet.az/uploads/img/posts/2025/02/14/36jpg-1739538254.jpg)
"43 müraciətə baxmışıq" - Məzahir Pənahov
![](https://adalet.az/uploads/img/posts/2025/02/14/32jpg-1739537538.jpg)
Azərbaycanlı deputatlar Türkiyəyə səfər edəcəklər
![](https://adalet.az/uploads/img/posts/2025/02/14/54jpg-1739526109.jpg)
İqtisadi bağlantıların qurulması qlobal qarşıdurmanı səngidə bilər
![](https://adalet.az/uploads/img/posts/2025/02/14/44jpg-1739524631.jpg)
Korrupsiya ilə mübarizədə dövlət qurumlarının qarşısında yeni vəzifələr qoyulur
![](https://adalet.az/uploads/img/posts/2025/02/14/36jpg-1739520964.jpg)
"Lerikdə tövlə tikmək üçün Bakıdan icazə almaq lazımdır" - Deputat
![](https://adalet.az/uploads/img/posts/2025/02/14/32jpg-1739520002.jpg)