Türkiyə parlamentində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçiriləcək
Türkiyə Böyük Millət Məclisində (parlamentində) Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçiriləcək.
Bu barədə Adalet.az-a Azərbaycanın Ankaradakı səfirliyindən məlumat verilib.
Anım tədbiri fevralın 24-də Türkiyə Böyük Millət Məclisinin nəzdində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi tərəfindən Azərbaycan diplomatik missiyasının dəstəyi ilə təşkil olunacaq.
Tədbirdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç çıxış edəcəklər.
“33-cü ildönümündə biz “Xocalıya ədalət” tələbimizi bir daha təsdiqləyirik ki, bu faciəyə görə məsuliyyət daşıyanlar yeni Xocalı soyqırımının baş verməməsi üçün Beynəlxalq Məhkəmə qarşısına çıxarılsın”, - vəqfdən bildirilib.
Digər Xəbərlər
24 Sentyabr 2026 21:00
Azərbaycan-Kot-d'İvuar ikitərəfli münasibətləri müzakirə olunub
24 Sentyabr 2026 20:38
Əli Əsədov nazirləri TOPLADI - FOTOLAR
24 Sentyabr 2026 20:10
Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bildirdi
24 Sentyabr 2026 19:01
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
24 Sentyabr 2026 18:41
Prezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı - Səbəbi açıqlandı
24 Sentyabr 2026 17:56
Ceyhun Bayramov Ferit Hoxa ilə görüşdü
24 Sentyabr 2026 17:39
Azərbaycan və Sent-Vinsent və Qrenadin arasında protokol imzalanıb
24 Sentyabr 2026 17:12


Bakı -°C

