Separatçılara konsert verən, erməni ordusuna 33 min dollar göndərən Krikorovdan XƏBƏR VAR

Məşhur müğənni Filip Kirkorovun atası, Rusiyanın xalq artisti Bedros Kirkorov Azərbaycanın qatı düşməni olduğunu bir sıra yazılarımızda faktlarla sübut etmişdik .
Xatırlayırsınılzsa, 2005-ci ilin iyulunda Rusiya estradasının bir çox “ulduz”u, o cümlədən Soso Pavliaşvili, Katya Lel, Aziza və Bedros Kirkorov Xankəndi stadionunda konsert proqramı ilə çıxış edib. Bedros 2-ci Qarabağ müharibəsi zamanı Rusiyada yaşayan erməni diasporu ilə birlikdə Qarabağdakı separatçılar üçün 2 milyon 600 min rubl (təqribən 33 min dollar) pul topladı.
Adalet.az xəbər verir ki, 92 yaşlı Bedros Kirkorovun ürəyində fəsadlar yaranıb. O, yeriməyə mane olan ayaq ağrılarından şikayətlənir. Bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.
“Bedros Kirkorovun ürəyində problemlər yaranıb. Müğənni ayaq ağrıları və halsızlıqdan yeriyə bilməməsindən şikayətlənib”, - mənbə bildirib.
Qeyd olunur ki, sentyabrın əvvəlində rus estradasının ulduzunun atası Filip Kirkorov xəstəxanadan çıxandan sonra mütəmadi olaraq müayinə üçün həkimlərə baş çəkib.
Həkimlərə son müraciətlərinin birində o, özünü pis hiss etdiyini və ayaqlarının şişdiyini bildirib. Bu anda Bedros Kirkorov əsa ilə hərəkət edir. Kirkorovun vəziyyətini yaxşılaşdırmaq üçün qan təmizləmə proseduru aparılıb. Hazırda evində ambulator müalicə alır, yaxınları ona baxır.
Əntiqə Rəşid
Digər Xəbərlər
27 Oktyabr 2025 16:07 Güclü külək əsəcək – Sarı xəbərdarlıq
27 Oktyabr 2025 15:33 Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
27 Oktyabr 2025 12:40 Sabahın HAVASI
27 Oktyabr 2025 12:01 Azad edilmiş ərazilərdə daha 226 mina aşkarlandı
27 Oktyabr 2025 11:33 Bu rayonlara qar yağıb - Faktiki hava
27 Oktyabr 2025 10:15 Azərbaycanda adı olmayan yaşayış məntəqəsi - VİDEO
27 Oktyabr 2025 10:00 Soğan anbarlarda qalıb - Fermerlər məhsulun ucuzluğundan gileylənirlər - VİDEO
27 Oktyabr 2025 09:55 

Bakı -°C 







