“Sərhədsiz Reportyorlar”: “Rusiya hərbçiləri jurnalist Levini soyuqqanlılıqla edam ediblər”
Ukraynalı fotomüxbir Maksim Levin və onun dostu, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü Aleksey Çernışov mart ayında Kiyev yaxınlığındakı meşədə rus hərbçiləri tərəfindən soyuqqanlılıqla edam edilib.
Bu qənaətə “Sərhədsiz Reportyorlar” təşkilatı jurnalistin ölüm şəraitini, o cümlədən cinayət yerindən tapılan sübutları hərtərəfli öyrəndikdən sonra gəlib.
Ehtimal ki, Levin dronunu geri qaytarmaq üçün meşəyə gedib və orada onu artıq ərazinin bir hissəsini işğal etmiş düşmən qoşunları görüb.
Jurnalist əmin idi ki, dronla çəkilmiş kadrlar Rusiyanın Ukraynaya qəddarcasına müdaxiləsinə yaxşı sübutdur.
Təşkilatın fikrincə, jurnalist edamdan əvvəl işgəncə ilə dindirilmiş ola bilər.
Ukrayna təhlükəsizlik qüvvələrinin əməkdaşlarının müşayiəti ilə “Sərhədsiz Reportyorlar” təşkilatı cinayət yerini müəyyən edə bilib. Levinin yanmış “Ford Maverik”i hələ də orada idi.
“Sərhədsiz Reportyorlar”ın mütəxəssisləri hadisə yerində bir neçə güllə, həmçinin Çernışovun şəxsiyyətini təsdiq edən sənədləri aşkar edib və onun avtomobilində 14 güllə izi aşkar ediblər.
Xatırladaq ki, aprelin 1-də Quta kəndi yaxınlığında polis fotomüxbir Maks Levinin cəsədini tapıb. İlkin ehtimallara görə, fotoqraf atıcı silahdan iki atəşlə öldürülüb.
Digər Xəbərlər
08 Noyabr 2025 11:50
"Trampın hərəkətləri bizim üçün rüsvayçılıqdır" - Bayden
08 Noyabr 2025 09:14
ABŞ G20 sammitində iştirak etməyəcək
07 Noyabr 2025 16:45
Rusiyalı iş adamı arvadı ilə birgə öldürüldü
07 Noyabr 2025 11:06
İranda ardıcıl iki zəlzələ oldu
07 Noyabr 2025 08:37
Daha bir ölkə “İbrahim sazişləri”nə qoşulur
07 Noyabr 2025 08:33
Azərbaycan Ordusunun NATO standartlarına keçməsinə Rusiyadan reaksiya
07 Noyabr 2025 08:28
ABŞ Suriyaya qoşunlarını yerləşdirir? - RƏSMİ AÇIQLAMA
07 Noyabr 2025 08:26


Bakı -°C

