Səyyar ASAN xidmət Gürcüstanda
5, 6 və 7 iyun 2026-cı il tarixlərində Gürcüstanın Tbilisi şəhərində, ölkəmizin Gürcüstandakı Səfirliyində Azərbaycan vətəndaşlarına dövlət xidmətlərinin çatdırılması üçün Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstərilib.
Adalet.az xəbər verir ki, xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobusda vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən yararlanıblar.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin isə dəstəyi ilə təşkil olunub.
Bu çərçivədə 500-ə yaxın vətəndaşın işi asanlaşıb. Səyyar ASAN xidmətin gələcəkdə digər ölkələrdə də keçirilməsi nəzərdə tutulub.
Əsas məqsəd dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.
Digər Xəbərlər
07 Iyun 2026 23:05
Azərbaycan "KAAN" qırıcıları alacaq
07 Iyun 2026 00:04
Son zəng günü məzunlara icarəyə avtomobil verənləri hansi cəza gözləyir? - VİDEO
06 Iyun 2026 18:55
Gəmiyə hücumda ölən azərbaycanlıların kimlikləri bəlli oldu - RƏSMİ
06 Iyun 2026 09:00
Eskalatorlar niyə işləmir?
05 Iyun 2026 17:46
Akademik Akif Əlizadə işdən çıxarıldı
05 Iyun 2026 17:26
Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb
05 Iyun 2026 15:17
BDYPİ rəsmisi: Yuxulu sürücünün idarə etdiyi avtomobil nəzarətsiz təhlükəyə çevrilir
05 Iyun 2026 12:30


Bakı -°C

