adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Iyul 2020 15:24
46238
LAYİHƏ

ŞƏRUR YALLILARI

(əvvəli ötən sayımızda)

Onların bir qismi toy mərasimlərində,el şənliklərində yaşadılaraq bu günə gəlib çıxıb. Şərur yallısının qorunması,yaşadılması və təbliğində Şərur yallı ansamblının mühüm rolu olub.

"Nurani" Yallıansamblının üzvü Azad Qasımov:1963-1964-cü illərdən bu kollektivdə fəaliyyətgöstərirəm. MR-da və Azərbaycanda keçirilən əlamətdar günlərdə kollektivlə birgəiştirak etmişəm. Şərur yallı ansamblına marağı babalarımızdan öyrənmişik. Onlar toylarda yallı gedər və bizə də təbliğedərdilər. Həm də bu yallıya həvəs bizim qanımızda, canımızdadır. Yallıyabugünkü qədər diqqət və qayğı olmayıb. 1972-ci ildə Moskvada "Ruhani xalqrəqsi" adlı veriliş verildi. Bir neçəyallını biz orada ifa etdik. Bakıda filarmoniyada yenə konsert təşkilolundu.

Almaniyada qazandığmız nailiyyətlərəgörə hamı ora yığışmışdı. Məqsədimiz o idi ki, onu gələcək nəsillərə ərmağan edək.70-dən artıq yaşım var, yenə bu kollektivdə aparıcılardan biriyəm. Yaşlıinsanların təmsil olunduğu "Nurani" yallı ansamblının 12 nəfər üzvüvar. Onların 70-dən yuxarı yaşları olmasına baxmayaraq, el şənliklərindəiştirak edirlər.

1972-ci ildə AlmaniyaDemokratik Respublikasında folklor festivalı keçirilir. Ansamblı bu tədbirəxalq artisti Əminə Dilbazi hazırlaşdırır. Məşhur rəqqasə xatirələrində yazır:"mən bilirdim ki, bizim yallı mədəniyyətimizNaxçıvanda- Şərur torpağındadır. Biz ora-Almaniyaya elə bir folklor nümunəsiaparmalıyıq ki, üstündə xalqımızın möhürü olsun. Bu Şərur yallısı idi. Həmin ilansambl SSRİ Ali Sovetinin fəxri -fərmanı ilə təltif olunur. Kollektivə XalqYallı ansambılı statusu verilir. 1984-cü ildə Polşanın Zelyonaya Qora şəhərindətəşkil olunan Beynəlxalq festivala qatılan ansamblın fəaliyyətini əks etdirən"Şərur yallısı" sənədli filmi çəkilir. Kollektivin bu uğurlarında ƏminəDilbazi, Əlibala Abdullayev, Xumar Zülfüqarova, Qəmər Almaszadə, Kamil Dadaşov,Roza Cəlilova kimi Azərbaycanın tanınmış musiqisi və rəqs ustalarının böyükxidmətləri olub. Müstəqillik dövründə ansambl daha böyük uğurlara imza atır.Kollektiv 1997-ci ildə Türkiyənin İsgəndərun, 1998-ci ildə Bayburt şəhərlərindəkeçirilən Dədə-Qorqud festivallarında uğurla çıxış edir. 2001-ci ildə Misirin paytaxtıQahirədə XII Beynəlxalq Folklor Festivalında da yüksək sənət nümayiş etdirirlər.Bu gün Şərur rayonunda "Şərur qönçələri" uşaq yallısı, "Gəncləryallısı" və "Nurani yallısı" fəaliyyət göstərir. Azərbaycanın əməkdar mədəniyyət işçisi Səttar Əhmədov:

Şərur qönçələri yallı ansamblı1998-ci ildən rayon Mədəniyyət Sarayının nəzdində fəaliyyət göstərir. Bu ilansamblın 20 yaşı tamam olur. Kollektivin 30 nəfər üzvü var. 15 oğlan, 15 qız.Repertuarda 20-yə yaxın yallı növü vardır ki, gənclər bu yallıları səylə mənimsəyib,ifa edirlər. 2006-cı ildə Şərur qönçələri ilk dəfə olaraq Türkiyənin Qars şəhərindəkeçirilən 1 nisan Cocuq bayramında uğurlu çıxışlarına görə qızıl medala layiqgörülmüşlər. Uşaqların əksəriyyəti 9-13-16 yaş qruplarındadırlar. Şərur Xalq yallı ansambılının 6 nəfər üzvü Şərurqönçələrinin yetirmələridir.

Çalışırıq nəsildən -nəslə buyallıları yaşadaq, inkişaf etdirək.

Azərbaycan xalqının milli dəyərlərininvə tarixi yaddaşının bərpasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləriolmuşdur. Milli dəyərləri xalqımızın varlığının vacib şərti hesab edənfenomenal şəxsiyyət deyirdi: "Milli dəyərləri olmayan millət həqiqi millət,milli dəyərləri olmayan xalq həqiqi xalq ola bilməz".

Bizim milli dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında , yaşayışında formalaşıb. Biz öz mili dəyərlərimizləfəxr edirik. Milli dəyərlərimiz, onun əsas daşıyıcısı olan xalq yaradıcılığınınqorunması, yaşadılması və təbliği sahəsində ümummilli lider Heydər Əliyev tərəfindənəsası qoyulan siyasət MR-da bu gün də uğurla davam etdirilir. 2016-cı ilsentyabrın 30-da Naxçıvanqala Tarix Memarlıq Muzey Kompleksində"Plov" və "Yallı" festivalları keçirilib. Keçirilənfestivallar MR-ın mədəni həyatında əlamətdarhadisə olub. Xalqımızın birlik və mübarizlik rəmzi sayılan yallıların təbliğiolduqca əhəmiyyətlidir.

Naxçıvan-Şərur el yallılarıkitabı da xalq musiqi və xoreoqrafiya incilərinin qorunub saxlanması və gələcək nəsillərəçatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan MuxtarRespublikasının əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədli: Yallıların əksəriyyətixalqın süzgəcindən süzülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Yallılarınindiki dövrdə toplanıb nota salınması işini oğlum Kənan Məmmədli ilə özümüzə vəzifəborcu saydıq və bu yallıları toplayıb nota saldıq.

Biz 92 yallı növü topladıq. Yallının məkanı iləmaraqlandıq, Azərbaycanın əməkdar mədəniyyət işçisi İsgəndər Əliyev və MR-nın əməkdarartisti tarzən Zöhrab Axundovun köməkliyi ilə yallıların toplanmasını həyatakeçirə bildik.

Yallıların əksəriyyət növü Şərurbölgəsində inkişaf edib. Gözəl musiqi və xoreoqrafiya abidəmiz olan yallılarıtoplayıb kitab halında gələcək nəslə ərmağan etdik.

Belə qənaətə gəldik ki ,hardayallı varsa, ora oğuz türklərinin topağıdır. Kitabda Azərbaycan xalq musiqijanrına aid olan yallılar, həmçinin yallıları müşayiət edən musiqi dəstəsi ,budəstədə istifadə olunan çalğı alətləri, Şərurda ifa olunan yallılar haqqında məlumatverilmişdir. Musiqişünas Kənan Məmmədli: Bir çox Azərbaycan bəstəkarları əsərlərindəyallıların müəyyən növlərindən istifadə etmişdir. Yallı Şahbuzda bir adda ifaolunubsa, Şərurda digər adda ifa olunmuşdur.

Yallının qədimliyi e.əvvələgedib çıxır. Yallıların nota salınması işində atam Əkrəm Məmmədli ilə birlikdəyallıları qeydə aldıq. Kitab Naxçıvan MR Ali Məclisi Sədrinin təşəbbüsü ilə həyatakeçirildi. Bu işi yenə də davam etdirmək niyyətimiz var.

Unutmayaq ki, yallı xalqımızınbirlik rəmzidir. Onu qoruyub saxlamaq isə hər kəsin müqəddəs borcudur.

Adilə Səfərova,

Naxçıvan Televiziyasının

baş redaktoru

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.