Simeone "Atletiko"nun tarixinə düşdü
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone klub tarixində yeni rekorda imza atıb.
Adalet.az La Liqanın Tvitter hesabına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis Madrid təmsilçisinin çalışdırıcısı olaraq 408-ci oyununu keçirib. O, ötən gün komandasını ölkə çempionatının 6-cı turunda "Real"la matça (0:0) çıxarıb.
Simeone "Atletiko"da ən çox oyun keçirən baş məşqçi kimi Luis Araqonesin rekordunu (407 matç) qırıb və klub tarixinə düşüb.
Qeyd edək ki, Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır və bu müddət ərzində onun komandası 248 La Liqa matçında qalib gəlib. Araqones isə 1974-1980, 1982-1987, 1991-1993 və 2001-2003-cü illərdə İspaniya klubunun baş məşqçisi olub. Onun hesabında 194 qələbə var.
Digər Xəbərlər
30 Dekabr 2025 11:44
Millimizin sabiq futbolçusu komandasının uduzacağına mərc edibmiş
29 Dekabr 2025 12:47
Azərbaycan çempionatında 16 böyükhesablı nəticə qeydə alınıb
29 Dekabr 2025 11:12
Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirildi
27 Dekabr 2025 14:32


Bakı -°C

