adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Iyun 2016 15:06
142382
RUBRİKA

Sirli ədəbiyyat: "Gələcəyi keçmişdə yaşadan Lev Tolstoy"

Tarixin bütün qatlarındazamanı və ya zəmanəsini səhv salmış insanlar olub. Bu ya təbiətin yanlışından,ya da Ali Qüvvənin istəyindən yaranıb, amma həmişəki kimi səbəb nə olursa-olsun,nəticə eyni alınır. Müxtəlif zəmanələrdə dolaşan, zamanı "barmağınadolayan” dahilər daim adi insanların marağına səbəb olub, araşdırılıb, öyrəniliblər.Təbii ki, onların sirlərini tam olaraq öyrənməyə də müyəssər ola bilməmişik,amma ən azından tədqiqat predmeti olaraq açıq qalmağı da məsələnin dərinliyini göstərib.Maraqlıdır ki, bu zaman yolçularının böyük əksəriyyəti ədiblər olur, həttaelmin "başına oyun açan” alimlər belə bu sırada ədiblərdən geri qalırlar. Səbəbinədir, bilmirəm... Bəlkə də ədəbiyyatçıların sıravi insanlarla daha qaynayıb-qarışdığından,onlar arasında sevildiyindən, bəzən ilahiləşdirildiyindən, ya da elə Qurani-Kərimdədeyildiyi kimi səhrəlarda dolaşan sərgərdan olduqlarından elə uca Tanrı daonları zamanlar arasında dolaşdırıb?! Leonardo da Vinçi, Jül Vern, HerbertUells, Aleksandr Puşkin, Rey Bredberi və b. daim öz dövründən xeyli sonranıgörüb, yazıb, bəşəriyyəti təəccübləndirib. Bu zaman yolçuları olmuş ədiblərinsırasına isə daha biri namizəddir. "Sirli ədəbiyyat” rubrikasında bu gün həminnamizəddən – XXI əsri XIX əsrdə yaşadan böyük rus yazıçısı Lev Tolstoydandanışacağıq.

Yazıçının kübar cəmiyyətdənaralanıb üstünlük verdiyi Yasnaya Polyana kəndi elə onun sağlığında, az qalaziyarətgaha çevrilmişdi. Amma bu "zəvvar”lar da öz aralarında iki qrupabölünürdülər: Lev Tolstoy pərəstişkarları, yəni onu heç olmasa bircə dəfə görməkarzusunda olan oxucular və Tolstoyun texniki kolleksiyasını, onun dövründən çoxirəli getmiş gündəlik iş qrafikini izləmək istəyənlər.

Tolstoy nə qədər pul-parasınıkasıblara paylayıb, kübar həyatdan imtina etsə də, elitar dostlarından vəonların dövrün yeni icadı olan hədiyyələrindən vaz keçməmişdi. Elə bu da onudaha çox XXI əsrin insanına yaxınlaşdırırdı. İndi müasir dövrünterminləri ilə bu şəxsiyyəti bir daha möhtərəm oxucuya çatdırım:


1. Tolstoy dövrünün ilkvegeterianlarından olub və bu sözü də rus insanına o tanıdıb. Vaxtilə ABŞjurnalı "Good Health”ə özünün verdiyi müsahibəsinə görə, vegeterianlığa 1883-cüildən başlayıb və anlayıb ki, gələcək insanları müxtəlif xəstəliklərdən də məhzbitkilərlə qidalanma xilas edəcək. Yaxın dostlarından çoxunu ətdən imtinaetdirib. Tolstoyun ölümündən sonra isə yazıçının xatirəsinə çoxsaylı oxucuordusu ətdən imtina edərək, 1912-ci ildə ilk Rus Vegeterian Yürüşü təşkil ediblər.



2. Tolstoy Rusiyanın ilktanınmış normkoru olub. Normkor – XXI əsrin moda tendensiyasına liderlik edənterminlərdəndir. Söz 2009-cu ildə yaransa da, 2014-cü ildə populyarlaşıb. Uniseksgeyimləri nəzərdə tutur, yəni hər iki cinsin də geyə biləcəyi rahat, dərvişsayağıpaltarlar. Kütlədən seçilməyən belə geyimlərə hazırda qərbin məşhurları da gündəlik həyatda üstünlük verirlər. Amma bu tendensiyanı özünə tərz kimi seçənlər həttaTV proqramlara, rəsmi qəbullara, ziyafətlərə də belə evsayağı geyimlərdə gəlirlər.Bu cür geyimləri də əsasən, özləri hazırlayırlar. Tolstoy isə hələ XIX əsrdə dvoryangeyimlərindən imtina edib, kobud parçalardan və dərilərdən özünə paltar,papaq və ayaqqabı tikirdi.    


3. Baykinqvə Tolstoy –bu termin də XXI əsrə aiddir, amma onu da iki əsr əvvəl Tolstoy sınaqdankeçirib. 1895-ci ildə nüfuzlu ingilis markası olan "Rover” velosipedi ona hədiyyəolunub. Yazıçı onu digər həmyaşıdları kimi nəvələrinə hədiyyə etməyib, əksinə67 yaşında olmasına baxmayaraq, bu yeni idman növünü Rusiyada dəb salıb. Məhzonun səhər-axşam velosiped sürüşlərindən sonra dövrün kübar kişiləri, həttakorsetli, uzun ətəkli xanımları da velosiped sürməyə başlayıblar. Kasıblar isəyalnız seyr edə bilərdi, çünki onların dövrün ən qiymətli əşyalarından olan velosipedialmağa imkanları yox idi. Özü isə velosiped sürməyə belə ad verirdi: "Velosipedadamı ailə qayğılarından azad edir”.



4.  Daha bir müasir termin – Qadcet: əlaltı vasitə,əyləndirmək üçün qurğu və s. kimi anlaşılır. Müasir texnologiyada smarttelefonlarda, planşetlərdə istifadə olunur, səsyazma, oyunlar, hava, məzənnə məlumatları,musiqi, video və digər əyləncələri özündə birləşdirir. Təxminən 2006-cı ildənbu söz geniş kütlə üçün anlaşılan olub. Amma Tolstoy bu ildən çox-çox qabaqqadcetlərlə baş qatırmış. Təbii ki, terminin adını bilməzdi, amma özündənyaxşıca istifadə edib. Belə ki, 1908-ci ildə ixtiraçı və Tolstoy dühasına böyükhörmətlə yanaşan Tomas Edison icadetdiyi fonoqraflardan birini şəxsən yazıçıya hədiyyə göndərib və xahiş edib ki,qeyri-rus oxucularına öz səsi ilə müraciət etsin. Belə maraqlı hədiyyədən çoxşad olan Tolstoy ondan əyləncə kimi deyil, yaradıcılıq üçün istifadə edib.Hekayələrini, nağıllarını, ədəbi tövsiyələrini öz dilindən qeydə alaraq orta məktəbşagirdlərinə və universitet tələbələrinə dinləmə üçün göndərirmiş ki, hazırdabelə üsullar dövrümüzdə daha çox yayılıb. Özü üçünsə, yaradıcılıq planlarını,süjet xəttini lentə alırmış.


5. Alternativ uşaq təhsili– bu da dövrümüzün vaz keçilməzlərindəndir. Lev Tolstoy isə hələ 1859-cu ildəYasnaya Polyanadakı uşaqları başına yığıb onlara alternativ təhsil verirmiş. Yəniməktəbdə öyrədilən əsas fənlərlə yanaşı köməkçi fənlər, xüsusən uşaqların maraqdairəsində olan əyləncəvi dərslər keçirdi. Həmin dövrlərdə məktəblərdə keçilməyənnəğmə, rəsm, bədən tərbiyəsini o, şəxsən uşaqlara öyrədirdi və bunu da əlbəttəki, təmənnasız edirdi. Kasıb uşaqlarının rəsm çəkə bilməsi, müxtəlif əl işləribacarması üçün şəhərdən ləvazimatlar gətirdirdi. Uşaqlara sərbəst düşüncə, məntiqiqavrayış, dərs qrafiki azadlığını da dünya təhsil sistemindən öncə Tolstoy tətbiqedib.



6. Fitnes – dövrününkübarları atda gəzməkdən və ovçuluqdan başqa "idman növü” tanımadıqları vaxtTolstoy fəal şəkildə müxtəlif fitnes növləri ilə məşğul olub. Məişət işlərindənvə yaradıcılığından əlavə üzgüçülük, qaçış, velosiped sürüşü, gimnastika iləaktiv məşğul olub. Eyni zamanda yaxınlarına və dostlarına da tövsiyə edib, təhsilverdiyi uşaqları buna cəlb edib. Özünün dediyinə görə: "Kitabdan ağır heç nəqaldırmayan ədib gələcəkdə oxucuları maraqlandırmayacaq”.


7. Selfi! Bax, bu xüsusimaraqlıdır. Əslində "avtoportret” sözü ilə əvəzləsək, selfilər ta qədim rəssamlardanvar. Amma fotoaparatla ilk selfinin tarixi 1914-cü ildən hesab edilirdi. Rusknyajnası 13 yaşlı Anastasiya həmin il öz selfisini çəkib. Mobil telefonlarçıxandan bəri isə hər kəsin özünü çəkdiyi "fotosessiya” nədənsə 2012-ci ildənpopulyarlaşdı. Şəxsən mən, 2000-ci ildən selfi ilə məşğulam. Güzgü vasitəsilə,ya da təbiət qoynunda yuxarıdan çəkilişlə özümü çox əbədiyyətə həkk etmişəm.Zamanı azca qabaqladığım üçün sevincimdən salto atıram, amma Tolstoy zamanınözünü salto atdıraraq baş-ayaq çevirib. Təsəvvür edirsiz, XIX əsrdə selfi! 1860-cı ildən Rusiyada fotoqrafiya bumubaşlayır. Tolstoy cəmiyyət həyatından nə qədər uzaq gəzməyə çalışsa da bu dəbdənyan keçə bilməyib. Hətta çox sevdiyi məşğuliyyətinə çevirib. Yazıçı həm özpuluna fotoaparat alıb, həm də bir neçə hədiyyə edilmiş brend aparatları daolub. Və ilk selfisini də 1862-ci ildə güzgü qarşısında özü çəkib! Bununla daselfi tarixini daha önə darta bilib.       

Yazının əvvəlində LevTolstoyu zaman yolçuları siyahısına namizəd göstərmişdim. Sonda əminliklə deyə bilərəm ki, dahiyazıçının yuxarıda sadalanan uzaqgörənlikləri onu bu siyahının ən əsassimalarından biri edir. Ümumiyyətlə, böyük şəxsiyyətlər hərtərəfli qabiliyyətləriilə fərqləniblər, elə buna görə də seçilmişlər hesab olunurlar.  


Şəfiqə ŞƏFA