“Şirməmməd Hüseynov mükafatı”nın yeni qalibi məlum oldu
2023-cü il "Şirməmməd Hüseynov mükafatı"nın qalibi artıq məlumdur. Bu barədə Parlament Jurnalistləri Birliyinin nəzdində yaradılmış "Şirməmməd Hüseynov mükafatı"nın Ekspert Komissiyasının sədri Alim Hüseynli bildirib.
O, qeyd edib ki, "Şirməmməd Hüseynov mükafatı"nın Əsasnaməsində nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, Komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra mükafatın 2023-cü ildəki qalibi Azərbaycanın tanınmış rəssamı, Əməkdar rəssam, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Rais Rəsulzadə olub.
A.Hüseynli deyib ki, R.Rəsulzadənin əsərləri Kuba, Polşa, ABŞ və başqa ölkələrdə nümayiş etdirilib. Bakı, Moskva və İstanbulda rəssamın fərdi sərgisi açılıb. Keçmiş sovet respublikaları, eləcə də ölkə mətbuatında onun əsərləri barədə elmi-publisistik məqalələr dərc olunub. Ümumilikdə Rais Rəsulzadə 800-ə yaxın sənət əsərinin müəllifidir. Hazırda Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasına rəhbərlik edir: "Bu baxımdan o, Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətlərə görə, "Şirməmməd Hüseynov" mükafatına layiq görülüb".
Qeyd edək ki, "Şirməmməd Hüseynov mükafatı" ilə bağlı qərar Parlament Jurnalistləri Birlyinin İdarə Heyəti tərəfindən 12 noyabr 2019-cu il tarixində qəbul edilib. 2020-ci ildə "Şirməmməd Hüseynov mükafatı"nın qalibi diplomat, araşdımaçı alim, diaspor fəalı Ramiz Abutalıbov, 2021-ci ildə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, 2022-ci ildə isə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev olub.
Digər Xəbərlər
01 Yanvar 2026 13:06
Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb
29 Dekabr 2025 15:43
MEDİA bu saytlara və qəzetlərə pul ayırdı - FOTO
29 Dekabr 2025 14:04
Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır
24 Dekabr 2025 16:17
“Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR
24 Dekabr 2025 16:11
Cihangir İşbilir tətlif edildi
23 Dekabr 2025 16:06
“Bakcell”in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub - FOTOLAR
22 Dekabr 2025 17:17
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır!
22 Dekabr 2025 16:23


Bakı -°C

