Şirvan Parkında ceyran ovlayan saxlanıldı

Şirvan Milli Parkının əməkdaşları tərəfindən gecə saat 01:05 radələrində Milli Parkın 3 saylı postunun yaxınlığında ceyran ovlayan brakonyerlərin olduğu aşkar edilib.
Adalet.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
O qeyd edib ki, brakonyerlərdən biri saxlanılıb, digəri isə parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ərazidən qaçıb:
“Araşdırma zamanı saxlanılan brakonyerin Salyan rayon Parçaxalac kənd sakini Rəşad Sultanov olduğu müəyyən edilib, faktla bağlı müvafiq sənədləşmə işləri aparılıb”.
Xidmət rəsmisinin sözlərinə görə, saxlanılan brakonyer Milli Parkın əməkdaşları tərəfindən Salyan rayon Polis Şöbəsinə təhvil verilib, digər brakonyerin tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə rayon polis şöbəsinə müraciət olunub.
Digər Xəbərlər

"23 nəfəri diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı" - VİDEO

"Erməni hərbçilər 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar" - Zərərçəkmiş

Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş etdirilib

"Azəriqaz" 83 min manatlıq məhkəməni uduzdu - İstixanaya əlavə borc yazırmış

“Meydan TV” işi üzrə daha bir nəfər saxlanıldı

"Suriyadan videolar göndərərək pul lazım olduğunu deyirdi" - Məhkəmə

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdilər - YENİLƏNİB + FOTOLAR
