SİZ HƏZRƏT ABBAS
İşğaldan azad olunmuş ərazilərdən yazı verərkən diqqətli olun. Tarixi təhrif etməyin, bir az tarix oxuyun. Ən azı «Qarabağnamə»ləri oxuyun.
Bayat qalası 1747-ci ildə tikilib.
Şahbulaq qalası 1748-ci ildə tikilib.
Şuşa qalası 1750-ci ildən başlayıb tikilməyə.
Əsgəran qalası 1751-ci ildə tikilib.
Ağdam şəhərinin əsası da, Rəşid Göyüşov yazdığı kimi, bizim eradan əvvəl qoyulub. Sadəcə olaraq, bu şəhəri Pənah xanın əmri ilə abadlaşdırıblar.
Ağdam işğal olunanda əhalisi 143 min yox, 158.700 nəfər olub. Və sair və ilaxır.
Ümumiyyətlə, Yeni ildən başlayaraq biz Qarabağın hər şəhəri, hər kəndi haqqında və bu şəhərlərin, bu kəndlərin tarixi haqqında, Azərbaycana bəxş etdiyi şəxsiyyətlər haqqında tarixə söykənən yazılar dərc edəcəyik.