Messi "Barselona"ya qayıda bilər
"Barselona"nın sabiq futbolçusu Lionel Messi Kataloniya klubuna qayıda bilər.
Adalet.az "Gol Digital"a istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun keçidi 2026-cı illin yanvarı üçün gözlənilir.
Bildirilib ki, hazırda "İnter Mayami”də çıxış edən futbolçunun klubu ilə müqaviləsi 2025-ci ilin dekabrında başa çatacaq. 2026-cı ilin yayında keçiriləcək dünya çempionatnda çıxış etmək istəyən Messinin isə turnirin başlamasına qədər yaxşı formada qalmaq üçün seçimi doğma klubudur.
Xəbərdə bildirilib ki, "Barselona"nın prezidenti Joan Laporta da Messinin karyerasını bu klubda bitirməsini istəyir. Klub rəhbəri 2021-ci ildə maliyyə problemləri səbəbindən komandadan ayrılan futbolçunun geri qayıtmasında maraqlıdır.
Qeyd edək ki, "Barselona"nın akademiyasında yetişən Messi 2003-2021-ci illərdə əsas komandada çıxış edib. O, Kataloniya klubunda 520 oyuna 474 qol vurub.
Digər Xəbərlər
09 Sentyabr 2026 09:51
Arda Gülerə möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi
09 Sentyabr 2026 09:31
Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq
09 Sentyabr 2026 06:53
“Real” “İnter”i, “Mançester Siti” “Portu”nu məğlub etdi
08 Sentyabr 2026 14:59


Bakı -°C

