30 Iyul 2015 14:50
11896
MƏDƏNİYYƏT

“Solaxay” gəldi

Nizami Kino Mərkəzində bu gündən etibarən ABŞ-ın istehsalı olan "Solaxay”, "Vatikan yazıları”  və  "Özündən kənarda” filmlərin nümayişinə başlanıb. 


Mərkəzdən verilən məlumata görə, "Solaxay” trillerini Kurt Satterin ssenarisi əsasında rejissor Antuan Fukua dram, idman və  döyüş janrında çəkib. Filmin sloqanı: "Taleyinə qalib gəl” Yaş həddi:16+

Boksyor Billi Xoupun həyatında hər şey qaydasındadır: çempion titulu, gözəl arvadı və sevimli qızı var. Amma taleh bir gün üzünü ondan döndərir: arvadı faciəvi şəraitdə həlak olur, rinqdən diskvalifikasiya olunur, qazancı sıfıra enir, məhkəmə onu atalıq hüquqlarından məhrum edir. O, çempion adını yenidən qazanmalı və qızını qaytarmalıdır. Xoupun qələbə şansı varmı? Hər şeyi onun məşhur solaxay xuk zərbəsi həll edəcək...

Baş rollarda Ceyk Cillenhol, Reyçel MakAdams, Forest Uitaker, Oona Lourens, Fifti Sent, Skaylan Bruks, Naomi Xarris, Viktor Ortis, Bo Napp və Migel Qomes çəkilib.

Rejissor Mark Neveldaynın çəkdiyi "Vatikan yazıları” filmi  triller və dəhşət janrındadır. Yaş məhdudiyyəti:16+ 

Film, keçirilən ekzorsizm mərasimini (cinlərin və ya şər ruhlarının insanlardan yaxud müəyyən yerlərdən qovulması)  əks etdirən videogörüntülərin Vatikandan itdiyindən sonra baş verən hadisələrdən bəhs edir.

         Filmdə baş rollara Maykl Penya, Ketlin Robertson, Cimon Xonsu, Düqrey Skott, Con Patrik Amedori, Oliviya Teylor Dadli, Maykl Pare, Temina Sanni, Deniel Bernxard, Noemi Qonzalez  və digər aktyorlar   çəkiliblər.       

"Özündən kənarda” filmini Devid və Aleks Pastorların ssenarisi əsasında rejissor Tarsem Sinqx triler və fantastik detektiv janrında çəkib. Yaş məhdudiyyəti:16+

Genetika mühəndisliyin ixtira etdiyi yeni üsulları əsasında, hər bir insanın şüurunu  cavan bədənə transplantasiya etməklə  ölümə qalib gəlmək mümkün olur. Gizli keçirilən və bahalı olan bu əməliyyat haqqında yalnız az  saylı insanlar xəbərdardır.   Ölümə məhkum olan yaşlı biznesmen bu əməliyyatı etdirmək qərarı alır və bir ömürdə yaşamaq imkanı əldə edir. Yeni bədəninin mənşə sirləri ona açıldıqca,  öz maraqlarını nəyin bahasına olursa olsun müdafiə edən gizli təşkilatın şikarına çevrildiyini başa düşür. 

Filmdə rollara Rayan Reynolds, Ben Kinqsli, Natali Martines, Metyu Qud, Viktor Qarber, Derek Lyuk, Ceyni-Linn Kinçen, Melora Xardin, Mişel Dokeri, Semuel Peyc  və digər aktyorlar çəkilib.