“Son 30 ildə dövlətimizin büdcəsi 50 dəfə artıb" - Nazir müavini
“Son 30 ildə dövlətimizin büdcəsi təxminən 50 dəfə artıb. Bu, çox maraqlı rəqəmdir. 2004-2024-cü illərdə Azərbaycan iqtisadiyyatı 3.8 dəfə, o cümlədən qeyri-neft sektoru 3.7 dəfə artıb. 2003-cü ildə yoxsulluq səviyyəsi 44,7%, işsizlik səviyyəsi 9.2% təşkil etdiyi halda, 2024-cü ildə həm yoxsulluq, həm də işsizlik səviyyəsi 5.3%-ə düşüb".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
"2004-2024-cü illərdə Azərbaycan iqtisadiyyatına 344.4 milyard dollar sərmayə qoyulub. Onun da 213.2 milyard dolları qeyri-neft sektoruna yönəldilib. Bu investisiyalar Azərbaycana xarici investorların, beynəlxalq tərəfdaşların etimadının və ölkədəki sabitliyin göstəricidir”, - deyə nazir müavini bildirib.
Digər Xəbərlər
09 Fevral 2026 09:33
"Brent" ucuzlaşdı
07 Fevral 2026 16:56
“Prezident seçkilərindən keçən müddətdə Azərbaycan iqtisadiyyatı 5 faiz böyüyüb...”
06 Fevral 2026 23:55
Bu kriptovalyutalar bahalaşdı
06 Fevral 2026 19:10
Kənd yumurtası niyə bahalaşıb?
06 Fevral 2026 14:34
Bu sahələr üzrə vətəndaşlara 3,4 milyon manata yaxın ƏDV qaytarılıb
06 Fevral 2026 12:30
Azərbaycan ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək - AÇIQLAMA
06 Fevral 2026 09:17
Azərbaycan nefti ucuzlaşdı
04 Fevral 2026 15:23


Bakı -°C

