adalet.az header logo
  • Bakı -°C
19 Iyun 2026 08:40
74
MARAQLI
A- A+

Sonuncu fincan qəhvə üçün ideal vaxt açıqlandı

Bir çoxumuz üçün günün vazkeçilməz parçası olan qəhvə əslində yuxu keyfiyyətimizə düşündüyümüzdən daha çox təsir edir. Mütəxəssislər xəbərdarlıq edir ki, günün gec saatlarında qəbul edilən kofein, gecə yuxuya getməyi çətinləşdirir və yuxu müddətini qısaldır.

Adalet.az xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, keyfiyyətli bir yuxu üçün sonuncu qəhvə yatmazdan təxminən 9 saat əvvəl içilməlidir.

Əgər saat 22:00-da yatmağı planlaşdırırsınızsa, sonuncu fincan qəhvənizi saat 13:00-a qədər bitirməyiniz məsləhətdir.

Kofeinin təsiri niyə bu qədər uzun çəkir?
Kofein bədənimizdə uzun müddət qalır. Hətta nahardan sonra içilən bir fincan qəhvə belə gecə yuxusuna ciddi şəkildə təsir edə bilər. Unutmayın ki, kofeinə qarşı həssaslıq genetik faktorlara, metabolizm sürətinə və yaşa görə hər insanda fərqli olur. Bəziləri üçün axşam içilən qəhvə problem yaratmasa da, əksəriyyət üçün bu, yuxu pozğunluğuna səbəb olur.

Bəs səhər qəhvəsi nə vaxt içilməlidir?
Mütəxəssislər səhər yuxudan duran kimi dərhal qəhvə içməyi tövsiyə etmirlər. Bədənimizin təbii olaraq ifraz etdiyi kortizol hormonunun təsirindən tam yararlanmaq üçün qəhvəni yuxudan durduqdan 60-90 dəqiqə sonra içmək daha faydalıdır. Bu yanaşma kofeinin enerjiverici təsirini daha səmərəli hiss etməyinizə kömək edir.

Sağlamlığınız üçün qəhvənin nə qədər içdiyiniz qədər, onu günün hansı saatında içdiyiniz də bir o qədər önəmlidir.