22 Iyul 2024 11:33
155
GÜNDƏM

Sözüm ermənilərədir: “Rebyata, davayte jit drujna"

2016-cı ildə başladılan,  Bakıda təsis olunan “Ermənistan-Azərbaycan Sülh Platforması”ı prosesinin ən qızğın çağlarıydı . Hər gün prosesə yeni üzvlərin qoşulması məni bir qarabağlı kimi “dəli” edirdi. Bir sıra müşahidəçilər hesab edir ki, vətəndaş cəmiyyəti təmsilçilərinin başlatdığı və Azərbaycan hakimiyyətinin də dəstəklədiyi bu proses əslində rəsmi Bakını son illərdə Qarabağ problemi ilə bağlı nail olduğu ən uğurlu hadisədir.

Sözüm(Nə bilim, dövlətimiz dünyanın diqqətini sülhə yönəldib, əl altından müqəddəs müharibəyə hazırlaşır! Var olsun, Dövlətimiz)

 Hər yerdə erməni ilə sülh şəraitində yaşamaqdan söhbət gedirdi. Xaricdə -beynəlxalq təşkilatlarda  hegemon dövlətlərin tədbirlərində ancaq erməni ilə dostluq təbliğatı aparılırdı. SÜLH ! Erməni ilə!  Elə bu söz yetrdi ki, məni əsəbləşdirsin. Torpaqlar işğalda, cəbhədə ciddi bir yenilik yox, 2016-cı ildə, 4 günlük müharibədə qalib və ya məğlub olduğumuz açıqlanmadığı bir dönəmdə erməni ilə hansı sülhə nail olmaq düşünülürdü, bax o mənəı çatmırdı. Axı biz bir xalq, bir dövlət olaraq məğlubuq, “sülh” nəyimizə yaraşır axı, bu ən azından məğlubiyyətimizə təslim olmaq, işğalla barışmaq demək idi.
Hələ deyirdilər e, Sülh Platformasına qoşulan erməni fəalların Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, Xocalı soyqırımına görə Ermənistan hakimiyyətini ittiham edəcək və üzr istəyəcək Sərkisyan hakimiyyəti üçün bu bir gözlənilməz addım olacaq.

“Sülh” platformasını tanıyan , prosesə qoşulan azərbaycanlılar elə bil başqa planetdən gəlib Qafqaza düşmüşdülər, sanki ermənini tanımırlar.

Elə separatçı, terrorçu ermənilərin lideri, Ermənistanın keçmiş prezidenti Köçəryan 2008-ci ildə Moskvadakı çıxışında demişdi ki, azərbaycanlılarla ermənilər arasında etnik uyğunsuzluq var və birgəyaşayış qeyri-mümkündür. Bu cümlədən sonra bizim tanınmış şəxsiyyətlərin hər gün erməni ilə “sülh” platformasında olacaq yeniliklərdən uğurlardan danışması mənə nə qədər kədər, qüssə verdiyini ifadə etməyə söz tapa bilmirdim. Girib sosial şəbəkələrdə erməniləri təhqir etməklə hirsimi soyudurdum. O vaxt inanmırdım ki, nə vaxtsa torpaqlarımızı geri qaytaracağıq. Buna baxmayaraq, ermənilərlə qırğına çıxanda yazırdım ki, sizi məhv edəcəyik, sizi doğuldunuza peşman edəcəyik, Qarabağ bizimdir, Ermənistan qədim torpaqlarımızdır və sairə... Amma çox vaxt ağlaya-ağlaya yazırdım. Çünki o ərəfədə inanmırdım qələbəmizə.

Ammaq ermənilər qoşulub sülh platforması quranlar, sülhü dəstəkləyənlər, sülhdən danışanlar məni elə yandırırdı ki, heç erməni məni elə yandırmamışdı. Yenə də deyirəm, o yanğını ifadə etməyə söz tapa bilmirəm. Nəhayət 2020-ci il 44 günlük müharibə əlçatmaz arzularımı əlçatan etdi. Qalib olduq! Nəinki Qarabağın hər qarışı, hətta Ermənistanın 1989-90-cı illərdə işğal etdiyi torpaqlarımızı Azərbaycan ordusu düşməndən azad etdi.
İndi Azərbaycan tərəfi Ermənistana sülh təklif edir və bu məni hədsiz sevindirir. İş burasındadır ki, orda da “sülh” birmənalı qarşılanmır və erməniləri dəli edir. O gün hökümət evinin qarşısına yığılıb etiraz aksiyası keçirən Qarabağı könüllü tərk edən ermənilərin çıxışlarına baxırdım. Qadının biri o qədər həyəcanla bağırdı, bağırdı, çığırdı, çığırdı, axırda ürəyi  getdi. Yıxıldı yerə... Hiss olunurdu ki, nəinki tək ürəyi, bütün vücudu təndir kababı kimi yanır.Sadəcə, tüstüsü görünmür.
O an keçən- keşmiş günlərin, həyəcanlarım, kədərim, göz yaşlarım, qəlbimin yanğısı yadıma düşdü. Elə ürəyimdən keçdi ki, yaxınlaşım o erməni qadına deyim ki, “Rebyata, davayte jit drujna”
Təsəvvür edin ki, bu onlar üçün əsl qiyaməti təkrar yaşamaq kimi bir şey olar. İndi ürəklə deyirik: Biz sülh istəyirik, amma revanşist ermənilər sülh istəmir....

 


Yeri gəlmişkən, “Müqəddəs Hərəkat”ın fraksiyasının  liderlərindən olan  Qarnik Danielyan adlı bir siyasətçi var. İndi o da Bakının növbəti  bəyanat və sülh təkliflərinə "dəli" olub.  Azərbaycanın 200 mində çox azərbaycanlının Ermənistana qaytarmaqla bağlı təklif və israrı necə yandırıb tökübsə , revanşizm meyyllərinə çağırış edib. Deyib ki, Azərbaycanın erməni tərəfi ilə razılaşıb ki, azərbaycanlı qaçqınlar bura qayıtsınlar. Əgər biz özümüzə gəlməsək, ayılmasaq, nə ilə məşğul olduğumuzu başa düşməsək, sakitcə Ermənistana girəcəklər”.

Nə gözəl....Yox e, gəlin dost olaq, sülh olsun, nəyə lazımdır müharibə, dava-şava...“Rebyata, davayte jit drujna”

 Əntiqə Rəşid