Spiker: Azərbaycan ordusu Kəlbəcərə daxil olmaqla 27 illik qətnaməni icra etmiş oldu
Milli Məclisin spikeri Sahibə Qafarova Kəlbəcərin işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqını təbrik edib.
Adalet.az-ın məlumatına görə, S.Qafarova bildirib ki, bu gün şanlı Azərbaycan Ordusu 1993-cü ildən bu yana erməni tapdağı altında qalan Kəlbəcərə daxil olub:
“Bununla da Azərbaycan Resbublikası BMT Təhlükəsizlik Şurasının daha bir sənədini - 27 ildən çoxdur icra olunmayan 822 saylı qətnaməsini icra etmiş oldu. Yaşasın Ali Baş Komandan, yaşasın Şanlı Ordumuz, yaşasın Azərbaycan.
Bütün Azərbaycan xalqının gözü aydın olsun, hər birinizi təbrik edirəm. Qarabağ Azərbaycandır!”.
Digər Xəbərlər
29 Aprel 2024 10:29
İtkin düşən 6 hərbçiyə şəhid statusu verilib
29 Aprel 2024 09:34Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
29 Aprel 2024 09:10BÖYÜK QAYIDIŞ: Daha 39 ailə Füzuliyə döndü
28 Aprel 2024 21:01Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO
28 Aprel 2024 15:42