30 Noyabr 2023 16:23
1122
GÜNDƏM

Stalinin təbriki:"Azərbaycan 30 noyabrda Zəngəzuru Ermənistana verdiyini bəyan etdi"

1813-28-ci illərdə Çar Rusiyası tərəfində Azərbaycan torpaqlarına köçürülən haylar məskunlaşdıqları əraziləri genişləndirmək, dövlət qurmaq məqsədilə hərəkətə keçdilər. Silahlı dəstələr, terrorçu qruplar şəklində azərbaycanlılar yaşayan kənd və şəhərlərə basqın edir, onları işğəncə və qətllərə məruz qoyur, evlərini yandırır, yurdlarını dağıdırdı.

Gəlişləri ilə Qafqaza fəlakət gətirən hindistanlı ermənilərAzərbaycan ərazilərində 1918-ci ildə 31 mart soyqırımı yaratmaqla Zəngəzur və Qarabağın yeni yaradılmış Ermənistan hökümətinə verilməsi tələbində israrlı olduqlarını bildirdilər. Əvvəlcə Azərbaycanda, sonra isə Ermənistanda Sovet hakimiyyətinin qurulması ermənilərin əsrlərlə qurduqları planlarının həyata keçirmələri üçün hədsiz imkanlar yaratdı.


1920-ci il noyabr ayının 30-da Azərbaycan K(b)P Mərkəzi Komitəsi siyasi və təşkilat bürolarının Q.Kaminski, N.Nərimanov, Y.Stasova, S.Orcenikidze, M.B.Qasımov, Ə.H.Qarayev, Sarkis(S.Ter-Daniselyan) V.Yeqorov, M.D.Hüseynov və A.Serebrovskinin iştirakı ilə keçirilmiş birgə iclasında Ermənistanda Sovet hakimiyyətinin elan edilməsi haqqındakı Ermənistan İnqilab Komitəsinin teleqramı müzakirə edilir.
Bu tarixi biabırçılıq necə baş verdi?


Adalet.az milliarxiv-ə istinadən bildirir ki, 1920-ci ilin aprel çevrilişindən və XI Ordu tərəfindən Azərbaycanın işğalından sonra da ermənilər bu niyyətlərindən əl çəkməmiş, rus sovet ordusunun hücumu ilə əlaqədar ermənilər Sovet Rusiyası ilə müqavilə bağlamaq barədə çox intensiv danışıqlar aparmışlar. Bununla əlaqədar S.Orconikidze V.Lenin, İ.Stalin və G.Çiçerinə məlumatında bildirirdi: «Bu gün Qabrelyan mənə elan etdi ki, Azərbaycan Şərur-Dərələyəz qəzası və Naxçıvan rayonundan imtina edərsə erməni nümayəndə heyəti Qarabağ və Zəngəzurun Azərbaycana birləşdirilməsi ilə razılaşar». 

Elə həmin vaxt Sovet Rusiyasının nümayəndə heyəti Leqran başda olmaqla ermənilərlə danışıqlar aparırdı. Bu danışıqların gedişi ilə əlaqədar S.Orconikidzenin G.Çiçerinə teleqramında deyilirdi: «Mənim fikrimcə Qarabağ və Zəngəzuru təcili Azərbaycanla birləşdirməli. Mən Azərbaycanı məcbur edərəm ki, bu vilayətlərin muxtariyyatını elan etsin. Bu Azərbaycan tərəfindən edilməlidi və heç cürə müqavilədə (Ermənistanla – Sovet Rusiyası arasında bağlanacaq müqavilə nəzərdə tutulur – A.P.) göstərilməməlidir».

Əvvəlcə Azərbaycanda, sonra isə Ermənistanda Sovet hakimiyyətinin qurulması ermənilərin əsrlərlə qurduqları planlarının həyata keçirmələri üçün hədsiz imkanlar yaratdı.

 

1920-ci il 30 noyabr 

 

Həmin gün Azərbaycan K(b)P Mərkəzi Komitəsi siyasi və təşkilat bürolarının Q.Kaminski, N.Nərimanov, Y.Stasova, S.Orcenikidze, M.B.Qasımov, Ə.H.Qarayev, Sarkis(S.Ter-Daniselyan) V.Yeqorov, M.D.Hüseynov və A.Serebrovskinin iştirakı ilə keçirilmiş birgə iclasında Ermənistanda Sovet hakimiyyətinin elan edilməsi haqqındakı Ermənistan İnqilab Komitəsinin teleqramı müzakirə edilir.

Siyasi və təşkilat bürosu bu məsələ ilə bağlı deklarasiyanın mətnini təsdiq edir. Deklarasiyada göstərilirdi ki, Ermənistan İnqilab Komitəsinin adına təbrik məktubu göndərilir. Təbrikdə göstərilir ki, «Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında heç bir sərhəd mövcud deyildir. Naxçıvan və Zəngəzur Ermənistana keçir. Qarabağın Dağlıq hissəsinə isə öz müstəqilliyini təyin etmək hüququ verilir. Sovet Azərbaycanı Sovet Ermənistanı ilə möhkəm hərbi və təsərrüfat ittifaqı bağlayır (o cümlədən neft məsələsi xüsusi qeyd edilsin)». 

Qərarda həmin deklarasiyanın elanı N.Nərimanova tapşırılır.
Ertəsi gün yəni dekabrın 1-də, Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyətinin qələbəsinə həsr olunmuş təntənəli iclası keçirilir və burada N.Nərimanov həmin deklarasiya ilə çıxış edir və öz nitqində deyir: «Dağlıq Qarabağın zəhmətkeş kəndlilərinə öz müqəddəratlarının təyini üçün tam hüquq verilir.»

Maraqlıdır Qafqazın keçmiş canişini ilə müqayisədə özünü Qafqazın əsil sahibi kimi daha sərbəst aparan S.Orconikidze elə həmin iclasdakı çıxışında Azərbaycan K(b)P MK-nın siyasi və təşkilat bürosunun N.Nərimanov tərəfindən elan edilmiş deklarasiyasını bilərəkdən təhrif edir. O deyir: «N.Nərimanovun çıxışı çox xarakterikdir… Zəngəzur, Naxçıvan və Qarabağ bu sözlərin mənası ondan xəbəri olmayan ruslar üçün heç bir əhəmiyyəti yoxdur. Hansısa Zəngəzur – məhsulsuz dağlar, suyu yox, çörəyi yox… Orada heç nə yoxdur. Hansısa Dağlıq Qarabağ. Nə var bu Qarabağda? Heç nə yoxdur. Bax yoldaş Nərimanov deyir: «Onları özünüz üçün götürün. Götürün bu məhsul verməyən torpaqları Ermənistan üçün».
Maraqlıdır ki, bundan sonra S.Orconikidzenin Ermənistanın yeni rəhbərləri ilə yazışmalarında, V.Leninə, İ.Stalinə və G.Çiçerinə məktub, teleqram və birbaşa xətlə danışıqlarında deklarasiyada göstərilən «Dağlıq Qarabağın zəhmətkeş kəndlilərinə öz müqəddəratlarının təyini hüququ verilir» sözləri görünür bilərəkdən tamamilə yaddan çıxarılır.


Artıq dekabrın 2-də o, Bakıdan V.Lenin və İ.Stalinə göndərdiyi məlumatda bildirirdi ki, «Azərbaycan artıq dünən Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağın (?) Sovet Ermənistanına verilməsini rəsmən bəyan etmişdir».

Həmin il dekabrın 1-də bu məsələ ilə əlaqədar birbaşa rabitə ilə A.Nazaretyan ilə danışan S.Orconikedze ona yuxarıda göstərilən ərazilərin Azərbaycan tərəfindən ermənistana güzəşt edildiyini, artıq Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında sərhədlərin mövcud olmadığını bildirir və deyir ki, «Azərbaycan özünün var-dövlətini və neftini də hər iki respublikanın sərvəti elan etmişdir». A.Nazaretyan isə ona belə cavab vermişdir: Mətbuatda car çəkməyə başlayacağıq: «Bravo azərbaycanlılar!».
Təsadüfi deyildir ki, İ.Stalin də 1920-ci il dekabrın əvvəllərində Ermənistana göndərdiyi təbrikində yazırdı: «Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın (?) Sovet Ermənistanına verilməsini elan edir».



Əlbəttə belə bir imkan əldə etmiş ermənilər bütün vasitələrdən istifadə edərək əsrlərlə arzusunda olduqları Dağlıq Qarabağı imkan var ikən tez bir vaxta ələ keçirməyə çalışırdılar”.

Bu hadisədən cəmi 3 il sonra 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. Beləki, Az.MİK-nin iyulun 4-də keçirilən iclasında «Dağlıq Qarabağ haqqında» məsələyə baxılır. Qəbul edilmiş qərarda deyilirdi: «a) Qarabağın Dağlıq hissəsindən Xankəndi Mərkəz və İcraiyyə Komitəsi başda olmaqla Muxtar Qarabağ vilayəti yaradılsın; b)Gələcəkdə İcraiyyə Komitəsi təşkil edilənə qədər Dağlıq Qarabağı idarə etmək məqsədilə yol. A.Karakozov başda olmaqla İnqilab Komitəsi yaradılsın; v) İnqilab Komitəsinə tapşırılsın ki, iki aydan gec olmayaraq Sovetlər qurultayı çağırsın; q)yol. Ə.Qarayevin sədrliyi A.Karakozovun, Sviridovun, Ç.İldırımın və D.Bünyatzadənin üzvlüyü ilə komissiya yaradılsın. Komissiyaya tapşırılsın ki, 1) Muxtar Qarabağın sərhədlərini; 2) Aran Qarabağın inzibati bölgüsünü; 3) Kürdüstanın Əsasnaməsini müəyyən etsin»

Əntiqə Rəşid