Stoltenberq: “NATO Ukraynaya 120 milyard dollarlıq yardım göstərib”
NATO müttəfiqləri 2022-ci ildə Ukraynaya 120 milyard dollar dəyərində hərbi, humanitar və maliyyə yardımı göstərərək görünməmiş dəstək veriblər.
Bunu Alyansın baş katibi Yens Stoltenberq 2022-ci il üzrə İllik Hesabatını təqdim edərkən bildirib.
O, bəyan edib ki, müharibə əslində 2014-cü ildə Rusiyanın Krımı qeyri-qanuni ilhaq edib Ukraynanın şərqinə daxil olması ilə başlayıb və İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük təhlükəsizlik böhranına səbəb olub.
“Bu, təkcə Ukraynanın azad və müstəqil ölkə kimi mövcudluğuna deyil, bütün mövcud qaydalara əsaslanan beynəlxalq nizama birbaşa təhlükədir. Putin qalib gəlməməlidir. Əgər o qalib gəlsə, bu, aqressiyanın işlədiyini və güc tətbiq etməklə öz istədiyinə nail olmanın mümkünlüyünü sübut edəcək. Belə hal isə həm öz təhlükəsizliyimiz, həm də qlobal təhlükəsizlik üçün təhdid yaradacaq”, - deyə Stoltenberq bəyan edib.
Digər Xəbərlər
13 Sentyabr 2026 18:03
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
13 Sentyabr 2026 16:46
Ermənistan İranla sərhəddə “yaşıl dəhliz” yaradacaq
13 Sentyabr 2026 16:41
Hakan Fidan Suriyaya getdi
13 Sentyabr 2026 16:40
Bu ölkə parçalana bilər
13 Sentyabr 2026 16:35
Naməlum dron səbəbindən hava limanı bağlandı
13 Sentyabr 2026 13:23
ABŞ müharibə etmək istəyirsə... - Pezeşkian
13 Sentyabr 2026 11:15
İran və Oman Hörmüzdə kritik razılığa gəldi - Açıqlanacaq
13 Sentyabr 2026 11:06


Bakı -°C

