Su qıtlığı
Bir çox rayonların fermerləri dəsmal götürüb ağlayırlar ki, taxıl əkiblər və digər məhsullar becəriblər, ancaq su qıtlığından çox əziyyət çəkirlər. Su qıtlığına görə də nə taxıl sahələrini, nə də digər kənd təsərrüfatı məhsulları bitən yerləri vaxtında suvarmaq mümkün deyil. Həmin sahələri də vaxtında suvarmayanda, taxıl sahələri quruyub gedir.
İndi ümid qalıb Allaha. Qar, yağış yağsa, həmin bitkilər su içəcək. Yağmasa isə vəziyyət bir az da qəlizləşəcək. Yəni, su qıtlığından yüzlərlə, minlərlə əkin sahələri suvarılmayacaq. Və nəticədə məhsul bolluğu mümkün olmayacaq. Ona görə də əlaqədar qurumlar həmin fermerlərin problemlərini vaxtında həll etməli və su qıtlığının aradan qaldırılmasına kömək göstərməlidir. Əks təqdirdə, bayaq dediyimiz kimi, vəziyyət heç də yaxşı olmayacaq.
Emil FAİQOĞLU