"Sualı cavablamaq üçün savadım yoxdur" - "Şərurlu İsfəndiyar" ifadə verdi

"Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.
Adalet.az Apa-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittihamçı olan Emil Səməndərovun vəkili Asim Abbasov məhkəməyə vəsatət verib. Vəkil, son zamanlar onlarla vətəndaşın şikayətini özündə əks etdirən informasiyaları İsfəndiyar Axundovu xarakterizə edən hallar kimi məhkəmədə iş materialına əlavə etmək üçün məhkəməyə təqdim edib.
Qarşı tərəf vəsatətin təmin edilməməsini məhkəmədən xahiş edib.
İsfəndiyar Axundovun vəkili bildirib ki, mətbuatda İsfəndiyar Axundovla bağlı yayılan məlumatlar qarayaxmadır.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra təqsirləndirilən İsfəndiyar Axundov ifadə verib. O, iş üzrə özünü təqsirli bilmədiyini, məqsədinin kömək etmək olduğunu qeyd edib: “Məqsədim zərərçəkmişlərin şikayətlərinin həll edilməsi olub. Həll edilsin ki, Emili buraxsınlar. Mənim heç bir günahım yoxdur. Şəhid ailələrinə yardım edirəm, onlara ev verirəm. Qarşı tərəfin vəkilinin suallarını cavablaya bilmirəm. Çünki cavablamaq üçün savadım yoxdur".
Prosesi iyunun 5-də davam etdiriləcək.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib.
Digər Xəbərlər

Qadın məhkum üçün telefon keçirən həbsxana işçisinə cinayət işi açıldı

Məhkəmədə Petrsoyanın 1993-cü ildə keçirdiyi görüşü ifşa edən video nümayiş olundu

Videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb

"Hazırda respublikanın 4 prokuroru qadındır" - Komitə sədrinin müavini

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib - YENİLƏNİB

Məhkəmə Tofiq Yaqublu barədə QƏRAR VERDİ

Prokuror "Abzas işi" ilə bağlı cəza istəyib
