SÜLEYMANIN HEKAYƏSİ

(Kamalə Abiyeva üçün)
Bir gün bir xalq şairi taksi ilə gedəcəyi ünvana yollanır. 20 yanvarda tıxaca yaxalanırlar. Söhbətcil sürücütıxacda vaxt itirəcəklərini görüb səmimi söhbətə başlayır. Söhbət əsnasında sürücü müştərinin kimliyi ilə maraqlanır, nə işlə məşğul olduğunu soruşur.Xalq şairi təmsil etdiyi xalqın nümayəndəsinin onu tanımamasına məyus olur. Şübhəsiz ki,sürücünün xalq şairini tanımaması onun yaradıcılığını, sözünü və qələmini şübhə altına almır. Bu vəya digər səbəbdən sürücünün onu tanımamasını nəzərə alan Şair nikbinliyini qoruyaraq “özümü tanımasa da, sözümü tanıyar” ümidiylə bir-bir kitablarını vərəqləyir, şeirlərini yadına salır. Daxilindəkibütün bu təlatümlə, bu həyacanla, bu xaosla kitablarını gözdən keçirən şair bu müddətdə elə bil ki, 20 yanvar körpüsünü deyil, Sirat körpüsünü keçirdi.“Hansı şeirini desin ki, sürücü onu tanısın?” Beləcə düşünə-düşünə gedəcəyi ünvana yetişir.
Sürücü bir qədər getdikdən sonra başqa bir xanım sərnişini qəbul edir. Təsadüfdən o da şair olur. Amma onun nəorden-medalı,nə təltifi, nə fəxri adı olmur. Söhbətcil sürücü xanımla da söhbətə başlayır. Eyni sualı ona da ünvanlayır: Siz nə işlə məşğulsunuz? Sadəcə mənə çox maraqlı gəldi. Xanım gülümsəyib “şairəm” deyir və sürücünün onu tanımadığını anlayır. Burda qəribə heç nə yox idi, “şairin üzü yox, sözü məşhur olar” deyə həmişəki kimi düşündü. Sürücü başını çevirib maraqla ona baxdı. “Bağışlayın, üzdən tanımadım”. Xanım “Özümü tanıdımmı görəsən? – deyə bir az tərəddüd edir.
Əslində ona özünü tanıtmaq üçün kitablarını bir-bir vərəqləmək gərək deyildi, sadəcə tanımaq özgüvənini verən bircə şeirinin adını çəkmək yetərli idi.Tərəddüddən vaz keçib “Mən “Məktəb illəri” mahnısnın söz müəllifiyəm”-deyir. Sürücü bu dəfə heyrətlə ona baxır: Bunu əzbər bilməyən yoxdu məncə. Mən xoşbəxt adamam, Kamalə xanım. O, yol boyu sevincini ifadə edir, qürurlandığını deyir.
P.S. Əziz Kamalə xanım! Sizi belə bir hekayəylə təqdim etdim. Əslində sizi “Özün günahkarsan”la sevmişəm və bu şeirin müəllifini tanımaq arzum olub. Bilirəm,elə şairlər var ki, onların orden-medalları, təltifləri olmasa da, xalq şairi olmasalar da, onlar Xalqın şairidir. Ona bircə şeirinin adını çəkmək kifayət edir ki, istənilən yaşda, istənilən təbəqədən olan insan onu tanısın. Uşaqdan böyüyə hamının əzbər bildiyi misraları onu tanıtmağa yetərlidir. Elə 25 ildən artıqdır səslənən “Məktəb illəri” kimi. Hər kəsin həyatında o mahnının izi var artıq. Hər kəs bu mahnını, onun sözlərini sevir. Hamının yaşadığı duyğular var o misralarda. Bu baxımdan siz çox xoşbəxtsiniz! Düşünürəm ki, yaddaşlarda qalan misraların müəllifi olanlar elə xalqın şairidir sizin kimi. Mən sizi, yaradıcılığınızı çox sevirəm. Sizi qucaqlayır, bağrıma basıram. Özünüzə yaxşı baxın.
Mayor Süleyman Heydərov.
FHN-nin yeganə qazisi
Digər Xəbərlər

Ruhların görüş yeri

35 yaşlı "Ədalət" qəzeti...- Fuad Biləsuvarlı yazır

Aida Adıgözəl: Gözləmək bəzən xoşbəxtlik imiş...

“Beş dəqiqəlik yol”un bitməyən cazibəsi

Türkiyədən Elçin Əfəndiyevə EHTİRAM

“Qərbi Azərbaycan irsi”: Təkcə qələmlə deyil, ruh və vicdanla yazılmış əsər

Kötükdəki yaşıllıq - Pərvanə BAYRAMQIZI yazır
