17 Fevral 2025 11:33
588
KRİMİNAL

Sumqayıt və Abşeronda evlərdən oğurluq edənlər tutuldu

Sumqayıt şəhəri ərazisində yerləşən 3 evdən naqil, təmir alətləri və inşaat materiallarının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Adalet.az xəbər verir ki, Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı E.Ağasiyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 900 manat dəyərində 3 samovarı oğurlamaqda şübhəli bilinən 28 yaşlı M. Məmmədovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Araşdırmalar aparılır.