Sumqayıtda qumbara partladı: Ölən var - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində, beşmərtəbəli yaşayış binansının 3-cü mərtəbəsində yerləşən mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Partlayış baş vermiş mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin meyiti aşkar edilib.
Mənzildə aşkar edilmiş döyüş tətbiqinə yararlı 3 ədəd 23 mm-lik mərmi Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.
Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***11:56
Sumqayıtda şəxsin partlayış nəticəsində ölməsi ilə bağlı araşdımaya başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
***
11:16
Sumqayıt şəhərində mənzildə partlayış olub.
Adalet.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.
Hadisənin baş verdiyi əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
07 Noyabr 2025 10:44
Bakıda binanın qarajında maşın yandı - 2 nəfər tüstüdən zəhərləndi
06 Noyabr 2025 09:42
"Mərasim olsaydı, etiraf edərdik" - Goranboyda 16 yaşında nişan keçirilən qızın əmisi danışdı
06 Noyabr 2025 09:21
Yer kürəsində maqnit qasırğası başlayıb
05 Noyabr 2025 18:12


Bakı -°C

