adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Iyun 2015 11:38
86177
RUBRİKA

“Sürəti azaltmağa, kökdən düşməyə mənəvi haqqımız yoxdur!”

Mandat. Ohər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycandahər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsiletmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçiriləcək. İndikideputatlardan yenə seçilmək istəyənlər olacaq. Son sözü həmişə xalq deyir.Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur.Necə deputat olduqlarını, hansı təkliflərlə, çıxışlarla, mövqeləri iləseçildiklərini daha yaxşı özləri bilər. Əlbəttə qiyməti seçici müəyyənləşdirir,ancaq dəyərini gərək mütləq və mütləq özün biləsən.

Beləliklə Mandat rublikasının bugünkü qonağı 58saylı Hacıqabul-Kürdəmir seçki dairəsinin millət vəkili Rafael Hüseynovdur.

-- Rafael müəllim, 5 illik Milli Məclis fəaliyyətinizi necə dəyərləndirirsiniz?

-- Artıq bitməkdə olan 5 illik müddətdə AzərbaycanMilli Məclisinə IV çağırış dövründəki deputatlıq fəaliyyətimi mən 2001-ci ildənbaşlanan yolun ayrılmaz bir parçası hesab edirəm və irəlicədən içərimdə müəyyənləşdirdiyimbaşlıca vəzifə də bundan ibarət idi ki, hansı ritmdə hərəkət etmişəmsə o tempidə saxlayım. Zənnimcə, bu vəzifəni də yerinə yetirməyə müvvəffəq oldum.

-O"ritm” dediyim, fəaliyyətimizin sabit qalmalı nəbzi nədən ibarət idi?

-İş elə gətirib ki, mən Milli Məclisə üzvseçildiyim ilk başlanğıcdan həm də Avropa Şurası Parlament Assambleyasında(AŞPA) Azərbaycan Daimi nümayəndə heyətinin üzvü olmuşam. 15 il ərzində həmin tərkibdədəfələrlə dəyişilkilər baş verib və ilk heyətdən bugünədək qalan ikimizik SəmədSeyidovla mən.

Orada stajlı üzv olmağınsa yalnlz təcrübə baxımındandeyil, həm də illərcə müxtəlif avropalı həmkarlarımızla qurulmuş dostluq əlaqələri,təşkilatın çox incəliklərinə yaxından bələdlik baxımından faydalarımisilsizdir.

AŞPA Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən ənnüfuzlu beynəlxalq təşkilatlardandır və həmin qurumda Azərbaycan nümayəndə heyətininilk rəhbəri bu gün Azərbaycan dövlətinə uğurla rəhbərlik edən Prezident İlhamƏliyev olmuşdu.

15 il ərzində bu təşkilatda bizim çox nailiyyətlərimizolub və beynəlxalq təşkilatlar sırasında AŞPA yeganəsidir ki, əvvəldən işlərindüzgün qurulması və sistemli şəkildə davam etdirilməsi səbəbindən ermənilərburada daim məğlub durumda qalmışlar.

Beynəlxalq təşkilatlar sırasında münaqişəbaşlanandan bəri Ermənistanı birbaşa olaraq rəsmən işğalçı adlandıran ilk qətnamənidə 2005-ci ilin yanvarında məhz Avropa Şurası qəbul edib.

Mən bir neçə ay əvvəl bu qurumdakı 15 illik fəaliyyətimikitablaşdırmaq qərarına gəldim. Çünki bu bizim müasir tariximizin ən diqqətəlayiqsəhifələri barədə hadisələrin içərisində olan şəxsin müşahidələri kimi bütün gələcəkdəsiyasətşünaslar, tarixçiçilər üçün də mühüm qaynaq ola bilər. Bunlar müstəqilliyimizinelə maraqlı və nadir səhifələridir və həmin yolda çoxlarına bəlli olmayan, mətbuataçıxmayan o qədər ilginc pərdəarxası məqamlarla rastlaşmışıq ki, bunları gərək gələcəknəsillər bilə.

Materiallar bir cildə sığmadı. Bu 15 il ərzində mən100-ə yaxın müxtəlif qətnamə, 14 mühüm mövzulu məruzə hazırlamışam və plenariclaslarda, üzvü olduğum müxtəlif komitələrdə, siyasi qruplarda, Assambleya tərəfindəntəşkil edilən kollokviumlarda və forumlarda 200-dək çıxış etmişəm.

Vurğulamaq istərdi ki, Avropa Şurasının məruzəçisiolmaq bu qurumda ən yüksə statuslardan hesab edilrir. Bir çox üzv ölkələrin heçindiyə qədər bircə məruzəçisi də olmayıb. Mənə həvalə olunmuş məruzələrin əksəriisə son dərəcə aktual ümumavropa problemlərinə həsr edilib.

Beləliklə baxdım ki, indiyədək görülmüş işlərin sadəcəmətnləri 700-800 səhifə edir. Amma bu müddət boyunca yüzlərlə müxtəlif görüşlər,səfərlər, hadisələr, gərgin anlar da yaşanıb ki, onların da hamısı ilə bağlıyaddaşlarım, düşüncələrim, müşahidələrim var. Elə bu da təxminən həmin bayaqkıhəcmdə digər cild deməkdir. Güman edirəm ki, 2016-cı ildə həmin iki cildisahmana salaraq nəşr etməyə müvəffəq olacağam. Ancaq bunu da nəzərə almaqlazımdır ki, həmin çıxışların və hazırlanmış sənədlərin, məruzələrin hamısıingilis dilində olub. Deməli, faktik olaraq Azərbaycan oxucusuna təqdim etməkistədiyim iki cildin ingiliscəsi də paralel olaraq yaranır və o cildlərin beynəlxalqauditoriyaya çatması çox mühümdür. Bu minvalla, iki cild ingiliscə, 2 cild azərbaycanca.

Azərbaycanın elə bir ümdə ictimai-siyasi problemiyoxdur ki, bu illər ərzində Avropa Şurasında qaldırılmamış olsun. Mən bu sahədə15 il əvvəl nə qədər səfərbər, məsuliyyətli, ardıcıl idimsə, həmin iş vəmübarizə ovqatını bu gün də saxlayıram. Çünki bu çətin mübarizəli, məsul yolbir tərəfdən ölkəmizin və xalqımızın ümdə maraqları ilə əlaqədardırsa, digər tərəfdənhəmin yolda ilk rəhbərimiz olmuş, indi də AŞPA-dakı fəaliyyətlərimizi daim diqqətdəsxlayan cənab İlham Əliyevin adı ilə bağlıdır.

Sürəti azaltmağa, kökdən düşməyə, sayıqlığı itirməyəmənəvi haqqımız yoxdur!

Avropa Şurası 1949-cu ildən möcduddur. Bu illər ərzindəhansı ölkələrdən hansı deputatlar oranın üzvü olub və nə işlər görüb,hamısı qurumun rəsmi saytında əksinitapıb. Açıb baxsanız şahid olacaqsınız ki, şəxsən mənim gördüyüm həcmdə işləriyerinə yetirməyə müvəffəq olmuş AŞPA üzvlərinin sayı bu 66 illik dövrdə tək-təkdir.

Bu da nəzər alınsın ki, biz orada yalnız ölkəmizinmaraqları ilə bağlı məsələlər qaldırmırıq, ümumavropa problemləri ilə də məşğulolururuq ki, bu da Azərbaycanın Avropa Şurasına verdiyi töhfələr kimi qiymətləndirilir.

Bütün bunları nəzərə alaraq məmnunluqla qeyd edəbilərəm ki, son 5 ildə də AŞPA-da Azərbaycanı ləyaqətlə təmsil etmək üçün canyandırdığımı təsdiq edə biləcək yetərincə işlər görmüşəm.

Başa çatan 5 il və ondan əvvəlki digər 5 illik dönəmdədə mən Hacıqbul-Kürdəmir dairəsi üzrə deputat seçilmişdim. Əsasən Hacıqabulrayonu və Kürdəmirin də bir neçə kəndi bu dairəyə daxildir. 10 il əvvəlkiHacıqabulla bugünkü Hacıqabulu müqayisə etsək, yer-göy fərq var. İnkişaf gözqabağındadır. Təbii, bu ilk növbədə dövlətimizin diqqəti, qayğıları və səyləriilə bağlıdır.

Bəzən nabələd adamlar deputatın vəzifə və slahiyyətləriilə icra strukturunun vəzifələrini qarışdırır, hakimiyyətin qanunvericiqanadının təmsilçisi olan deputatdan əslində ona aid olmayan işləri görməsini dətələb edirlər.

Lakin bu yanlış yanaşmada belə ən azı o həqiqət varki, deputat gərək bütün sahələrlə maraqlansın, seçicinin səsinin çatmadığı məqamlaraonalrın səsini çatdırmağa, müşküllərini həll etməyə əlindən gələni əsirgəməsin.

Mən də öz növbəmdə Hacıqabul üçün həyata keçirilməsivacib olan işlərin planlaşdırılması və icra edilməsi, tikintilərinreallaşdırılması və digər məsələlərdən ötrü mütəmadi olaraq cürbəcürinstaniyalara müraciətlər etmişəm, imkanım çatdığı dərəcədə çalışmışam.

Ayrı-ayrı vətəndaşların yüzlərlə xahiş və istəyininyerinə yetirilməsi, problemlərinin həlli, şikayətlərinə baxılması yolunda da səylərimiəsirgəməmişəm.

Ola bilər nəsə alınıb, nəsə alınmayıb, amma mən birseçicinin də bircə məkubuna belə etinasız qalmamışam, hamısını istisnasızolaraq cavablandırmışam.

Qanun yaradıcılığı istiqamətində də fəaliyyətlərimidavam etdirmişəm. "Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”hazırladığım qanun layihəsi dəfələrlə üzvü olduğum Mədəniyyət komitəsindəmüzakirə edilib, Azərbaycanın görkəmli sənət adamları və sənətşünaslarınıniştirakı ilə bir neçə dəfə mötəbər ekpert süzgəcindən keçirilib, plenar iclasdabaxılması tövsiyyə edilib. Haçan gündəliyə salınacağı isə artıq Milli Məclis rəhbərliyitərəfindən həll edilməli məsələdir. Ancaq mən əlavə olaraq həmin silsilənindavamı kimi "Azərbaycan aşıq sənəti haqqında”, "Azərbaycan miniatür sənətihaqqında” qanun layihələrini hazırlamışam, həmçinin "Azərbaycanın daşyazma, əlyazmavə səsyazma irsinin qorunması və inkişafı” haqqında lazımlı bir qanun layihəsiüzərində də işimi əsasən yekunlaşdırmaqdayam.

Bunu da diqqətə çatdırmaq istərdim ki, mənə yalnızseçilmiş olduğum Hacıqabul və Kürdəmir rayonunun sakinləri müraciət etmirlər.Bakıdan, Abşerondan və Azərbaycanın dörd bucağından yanıma da gəlirlər, məktubda yazırlar, zəng də vururlar. Bu hələ deputat olmadığım vaxtlarda da belə idi,yəqin həmişə də belə qalacaq. Səni kimsə ümid yeri bilirsə, ağız açırsa, kömək diləyirsəgərək bacardığını edəsən, həm də bunu sonra hay-küylü hesabat vermək, mətbuataçıxarmaq üçün deyil, sakitcə, reklamsız, təbliğatsız, qəlbinin, vicdanının hökmükimi yerinə yetirəsən.

Sənin çiyinlərin hansısa yükləri daşımalıdırsa, "sağol”, təşəkkür gözləmədən işinin başında olmalısan. Kimsə bunları görməyə bilər,kimsə görmək istəməz, kimsə görüb dilə gətirməz. Buna görə ruhdan, həvəsdəndüşməyə, inciməyə dəyməz. Geci-tezi var. Sən xeyirxahlığını, nəcibliyini et,görməli olduğun işləri gör, vaxtı yetişəndə yerdə insanlar və dövlət, göydəAllah mütləq hər şeyi görür, bilir, dəyərləndirir.

Ən azı sən özün bilirsən, daxilən rahatlanırsan ki,düz və haqq yoldasan.

İndi arxada qalan və hələ tam bitməmiş 5 illikdeputatlıq yoluma, həmin yol içərisindəki özümə qiymət verəsi olsam, bunu deyəbilərəm ki, getməli olduğum düz yola, o yolun insanımıza və Azərbaycanımıza təmənnasızxidmət şərtlərinə hər an sonacan sadiq qalmışam.

-- Bumüddət ərzində hansı problemin həlli sizi daha çox sevindirib?

-- Bilavasitə mənim ən yüksək instansiyalaraardıcıl müraciətlərimin nəticəsi olaraq Hacıqabulda Mərkəzi kitabxananın, Diyarşünaslıqmuzeyinin inzibati binalarının tikilməsi qətiləşdirilib və bununla əlaqədar həmNazirər Kabinetindən, həm Mədəniyyət və Turizm Nazirliyindən, həm İqtisadiinkişaf nazirliyindən, həm Maliyyə Nazirliyindən rəsmi cavablar almışam. İnanıramki, Hacıqabulda çoxdan olamasını arzuladığımız musiqi məktəbi də apardığımızişin və yzışmalarımızın nəticəsi olaraq uzaq olmayan gələcəkdə həmin tərzdə həllinitapacaq.

Bunlar elə ocaqlardır ki, qarşıdakı onillər boyuoradan minlərlə gənc keçəcək, işığını artıracaq, bu ünvanların hər biridurmadan bölgədə və ölkədə yüksəlişlərə yardımçı olacaq.

Yol, su, qazlaşma məslələri ilə əlaqədar da birsıra kəndlərimizin, yaşayış məntəqələrimiizn çoxdan açıq qalançatışmazlıqlarının həllinə mümkün təsirimi göstərmişəm.

Bir ağac əkirsən, onun il-il böyüməsinə, qol-budaqatmasına fərəhlənirsən.

Sadaladığım mədəniyyət, maarif ocaqları zamanötdükcə nəhəng çinarlar kimi ucalacaq və o ünvanlardan gələn hər xoş sorağa məndə könüldən sevinəcəyəm.

Hər dəfə yolum o tərəflərdən keçəndə xatırlayacağamki, bax bu məkan bir vaxtlar ilan mələyən bom-boş düzənlik idi, indi isə içi də,çölü də cənnət kimi göz, ruh oxşayan məkandır...

- MANDAT-ınıqazandığınız seçicilərin həll olunmamış problemi kimi nələri sadalaya bilərsiniz?

- Problemlər heç vaxt tükənən deyil. Çünki yaxşınınvə arzunun hüdudu yoxdur. Bu gün nəyəsə nail olursan, sabah ondan dahayaxşısını istəyirsən. Bu da çox təbiidir, elə belə də olmalıdır. Ömür qısadır,Azərbaycan insanı xoşbəxt olmaq, rifah içərisində yaşamaq haqqı olan gözəlxalqdır və nəyinsə daha da yaxşısını istəyirsə, bu narazılığın əlaməti deyil,daha gözələ sahib olmağa doğru canatmadır. Daha yaxşıya yetişməyə çalışaq, ammaeyni zamanda həm də qədirbilən olaq, nankorluq etməyək, görülən miqyasasığmaz dərəcədəböyük işlərin də qiymətini verək, minnətdar hisslərlə yaşamağı da bacaraq.

Fikrimcə, əsas uğur ondan ibarətdir ki, biz istərAzərbaycan üzrə, istərsə də Hacıqabulda əhalinin ümumi problemlərinin əksərininhəllinə tədricən nail omuşuq və oluruq. Fərdi məsələlərin həlli isə daha asan həllolunandır. Yəni bir var bir dağ kəndinin yol, qaz, işıq, yaxud su problemiköklü şəkildə həll edilsin, bir də var, tutalım həmin kənddə yaşayan imkansızbir şəxsin hansısa qəzadan yararsız hala düşmüş evinin bərpasına vasitəçiolasan. Əlbəttə ki, ikincinin həlli daha sadədir. Amma gərək həm o, həm bu məsələyəeyni məsuliyyətlə, eyni şövqlə yanaşasan ki, nəticə qənaətbəxş, sevindirən olabilsin.

-- Qarşıdangələn parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?

- MilliMəclis mənim nəzərimdə dövlət və millət üçün son dərəcə gərəkli olan elə alibir qurumdur və millət vəkilliyi də o qədər yüksək bir addır ki, yalnız şəxsiambisiya və istəklərini əsas götürərək deputatlıq sevdasına düşmək yaramaz.

Vəziyyətiavqust-sentyabr aylarında, seçki ərəfəsində bir də diqqətlə təhlil edəcəyəm. Əgərtam əmin olsam ki, mən yenə bir deputat kimi qarşıdakı 5 ildə də dövlətə vəmillətə lazımam, onda namizədliyimi irəli sürəcəyəm.

-- Rafaelmüəllim, Azərbaycan Milli Məclisində aktiv olan millət vəkilləri azlıq təşkiledir. Hətta onlar barmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə ilə əlaqədardır?

- Qəribədir ki, bəzən millət vəkilinin fəallığınınmeyarı kimi yalnız onun iclaslarda nə qədər çıxış etməsini götürürlər. Ola bilərki, hansısa deputat plenar iclaslarda ayda-ildə bir dəfə danışır, lakin dövlətüçün, xalq üçün Milli Məslis xətti ilə çox iş görür. Sadəcə, gördüyü işi həm dəhamıya göstərməyi münasib saymır. Elə deputat da ola bilər ki, heç susmaz,ifrat canfəşanlıq göstərərək hər məsələdən danışar, fəaliyyətlərinin nəticəsi dəuçub gedən quru söz olar.

Bu baxımdan Milli Məclisin indiki tərkibində də mənzahirən bəlkə qabarıqlığı ilə seçilməsə də, mahiyyətdə yetərincə fəal olançoxlu deputatın varlığına şahidəm.

Ancaq bunu da kiməsə nəsihət vermək, ağıl öyrətmək niyyətiilə deyil, elə vacib istəyim olaraq söyləyirəmki, millətin vəkili kimi şərəflidən şərəfli adı daşımaq xoşbəxtliyinə nailolmuş istənilən şəxs gərək bunun həqiqətən tarixi bir qismət, əsl səadətolduğunu daim yadında saxlasın. Bu adın və mandatın qədrini bilsin. Bu adaözünü qorumaq üçün əlavə vasitə, siyasi fürsət, mandata isə biznesinitoxunulmaz edəcək zireh kimi baxmasın, əksinə,həyatının hər anında bu adın ucalığını hifz etməkdən ötrü bir Vətən və millət əsgərikimi ürək qoysun!

Milli Məclisin IV çağırış dönəmindəki 5 illik yolusona yaxınlaşır. Az iş görülməyib. Lakin hər halda ən dəqiq tərəzi elin gözüdür.Son qiyməti xalq verir. Arzu edək ki, növbəti tərkib bundan da sanballı olsun!

- Azərbaycan Milli Məclisini regionda yeri və rolubarəsində nə deyə bilərsiniz?

- Dilə gətirdiyim sözün bütün tarixi məsuliyyətinihiss edərək tam səmimiyyətimlə bəyan edirəm ki, Azərbaycan xoşbəxtdir ki, bugün onun İlham Əliyev kimi qüdrətli, qətiyyətli, yüksək intellektli və ali zövqlüüstündən üstün lideri var.

Bu fikirlərim nəşr olunacaq, tarixdə qalacaq vəsiyasi havaların istənilən şəraitində 10, 20, 30 il sonra da bu sözləriməcavabdeh qalacağam.

Bunca qəliz bir geosiyasi məkanda qərara tutmaq,dövlətlərarası münasibətlərin bunca pırtlaşıq kələfində həmişə ən dürüst qərarlarıqəbul etmək mürəkkəbdən mürəkkəb bir işdir.

Prezident İlham Əliyevlə Azərbaycanın boyu bu gün əslindəolduğundan da xeyli möhtəşəm görünür.

Hərdən hansısa siyasətçi, məmur, lap deputat çıxışedərək dünyaya üz tutur və "heç kəs bizimlə güc dili ilə, yuxarıdan aşağıbaxaraq danışa bilməz”, "heç bir dövlət bizə təzyiq göstərə bilməz” deyir.

Necə yəni danışa bilməz, necə yəni təsir göstərəbilməz!

Edər, o yana da keçər!

Bir özümüzə baxaq, bir bizdən qat-qat iri, güclüdövlətlərə.

O sözü demək haqqı yalnız Prezident İlhamƏliyevindir. Əsərin qəhrəmanı odur! Onun iradəsi, qətiyyəti, dünyadakınüfuzudur ki, bizimlə zor, diktə, hökm dili ilə danışmağa cürət etmirlər. Çünkikimliyindən, nəhənglitindən, bizimlə tərəfdaşlığının səviyyəsindən asılıolmayaraq Prezidentimiz bu iddiaya düşənlərin anındaca bütün kəskinliyi ilə cavabını verir, lap qardaşımız ola, milli mənafelərimizəziyan verə biləcək hansısa addımı atmaq xülyası qafalarından keçənlərə qəfilcəelə sərt mövqe, boz sifət göstərir ki, dərhal özlərini yığışdırmağa məcburqalırlar.

Azərbaycan Milli Məclisinin regiondakı nüfuzu vəapatıcı rolu da ilk növbədə Prezident İlham Əliyevin regionda və dünyadakı yüksəknüfuzuna bağlıdır.

O böyükdür, ona görə biz də güclü görünürük vəPrezidentimizə layiq olmaq, təsəvvür edildiyimiz gücdə olmağımızı sübut eməkçündə ikiqat, üçqat artıq səylər qoyuruq.

-AdətənMillət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyənsoyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

- Şəxsən nənim istər Haciqabul, istərsə də Kürdəmirrayonlarının icra hakimiyyətinin hazırkı başçıları ilə çox səmimi, işgüzar,qarşılıqlı hörmət və ehtirama əsaslanan nümunəvi münasibətlərim var. Onlar rəhbəriolduqları rayonların inkişafı üçün ürəkdən çalışan intizamlı, dövlətə, onun rəhbərinəsadiq etibarlı insanlardır. Mənim üçün əsas şərt də budur. Kim ki Prezidentinlayiqli əsgəridir, dövlətimizə və millətimizə cani-dildən qulluq edir, mən daimonlarla bir yerdəyəm, çiyin-çiyinə, əl-ələyəm. Və şəxsi münasibətləri də bumüstəvidə həmişə kənara qoymağı bacarmaq lazımdır. Mən o yüksək məqam tutan məmurlarıanlamıram və qətiyyətlə qəbul etmirəm ki, müəyyən hallarda cılız hisslərə əsirolaraq höcətləşmələrini, qarşılıqlı narazılıq və iddialarını ictimailəşdirir, əlləriçatan vasitələrdən yararalanaraq açıq ya anonim şəkildə mətbuata çıxarırlar. Lapyumşaq desəm, bu, dövlətin içərisində olub mahiyyət etibarı ilə, dövlətinnormal fəaliyyətinə mane olmaqdır. İstər depuatat olsun, istər icra başçısı,istər nazirlər, istərsə də digər yüksək çinlilər. Belə hallar ortaya çıxanda buqəbil çaşmışlara qarşı ən sərt tədbirlər görülməlidir. Ailənin bir başçısı varvə kimin harada olmasını da o, onun tövsiyyələri, siyasəti, apardığı xətt müəyyənləşdirir.İndiki mürəkkəbdən-mürəkkəb zəmanədə, içəridə və dişarıda löyün-löyün rəqiblərimizin,bədxahlarımızın, bəzənsə lap düşmənlərimizin mövcud olduğu riskli əyyamlardabiz hər saniyə sərvaxt olmalı, belə cızıqdançıxmalara yol verməməliyik.

ƏdilƏdilzadə