Suriyadakı münaqişədə ölənlərin sayı 1000-i keçib

Suriyanın Latakiya və ətrafında baş verən hadisələrdə ölənlərin sayı açıqlanıb.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi açıqlamaya görə, ölənlərin sayı 1000-i keçib. Ölənlərin 700-dən çoxunun yaxın məsafədən vurulan mülki şəxslər olduğu bildirilib.
Latakiya və ətrafdakı hadisələr martın 6-da Əsəd rejimi ünsürlərinin təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində baş verib. Hücumdan sonra Suriya ordusu Latakiya və Tartusa yüzlərlə maşından ibarət əlavə qüvvələr göndərib.
Əsəd rejimi ünsürlərini ələ keçirmək üçün əməliyyata başlayıb. Bildirilib ki, cümə günündən etibarən Nusayri azlığının yerləşdiyi bölgələr Suriya hökumətini dəstəkləyən sünni silahlı qüvvələri tərəfindən hədəfə alınıb.
Suriya prezidenti Əhməd Şara “Suriyanı vətəndaş müharibəsinə sürükləmək cəhdləri ilə üz-üzəyik” deyə açıqlama yayıb. O, köhnə rejimin qalıqlarının təslim olmaqdan başqa çarəsinin olmadığını deyib. Əhməd Şəra bildirib ki, mülki şəxslərə zərər verən hər kəs məsuliyyətə cəlb olunacaq.
Bunun fonunda ABŞ və Rusiya Suriyada zorakılığın artması ilə bağlı BMT Təhlükəsizlik Şurasının bu gün iclasını çağırıb.
Digər Xəbərlər

Paşinyan eks prezidentləri "iki yarıölü sima" adlandırdı

Böyük Britaniya səfirliyinin iki əməkdaşı cəsus çıxdı

"Məni hakimiyyətə heç kim gətirməyib" - Paşinyan

XİN: İran nüvə proqramı ilə bağlı Rusiya və Çinlə məsləhətləşmələr aparır

ABŞ və Rusiya BMT TŞ-ının təcili yığıncağın çağırıb

Mark Karni Kanadanın yeni baş naziri olacaq

Tramp: ABŞ faktiki olaraq Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini bərpa edib
