10 Mart 2025 10:39
168
DÜNYA

XİN: İran nüvə proqramı ilə bağlı Rusiya və Çinlə məsləhətləşmələr aparır

İran ona qarşı tətbiq edilən sanksiyaların ləğvini təmin etmək məqsədilə nüvə proqramı ilə bağlı etimad yaratmaq üçün Rusiya və Çinlə məsləhətləşmələr aparır.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Hazırda biz Avropa “üçlüyü”, (Almaniya, Böyük Britaniya və Fransa) eləcə də, ayrı-ayrılıqda Rusiya və Çinlə qarşılıqlı hörmətə əsaslanan məsləhətləşmələr aparırıq. Məqsəd İrana qarşı tətbiq edilən qeyri-qanuni sanksiyaların ləğvi müqabilində nüvə proqramımızla bağlı etimad yaratmaq və daha çox şəffaflığa nail olmaq yollarını araşdırmaqdır", - nazir vurğulayıb.

O qeyd edib ki, Tehran təzyiq altında və onu qorxutmağa çalışdıqları bir vəziyyətdə danışıqlar aparmayacaq.

A.Əraqçinin sözlərinə görə, İranın nüvə proqramı hər zaman yalnız sülh xarakterli olub və belə də olacaq.