Suriya Rusiya ilə 49 illik sazişi ləğv etdi: "Xartiya" ümidlidirmi?
ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması hələ də müzakirə obyekti olaraq qalmaqdadır. Xüsusən, Ermənistan müxalifəti bu sazişi Ermənistanın intiharı kimi xarakterizə edir. Bir çox siyasi yönümdə fəaliyyəti olan ermənilər isə düşünür ki, bu sazişin keçmiş administrasiyanın getməsinə 11 qalmış imzalanması onun yeni administrasiya tərəfindən yenidən təsdiqlənəcəyinə inamı azaldır.
Əslində ermənilərin belə düşünməyə haqqı var. Çünki bu sınanmış bir üsuldur .
Adalet.az xəbər verir ki, belə bir örnək bu günlərdə baş verdi. Suriyanın qaçmış və keçmiş prezidenti Bəşər Əsəd və onun hökuməti Rusiyanın “Stroytransqaz” şirkəti ilə 2019-cu ildə investisiya müqaviləsi imzalamışdı. Müqavilə 49 il müddətinə nəzərdə tutulurdu.
Sənəddə Rusiya tərəfinin limanı idarə edəcəyi və onun modernləşdirilməsinə 500 milyon dollardan çox sərmayə qoyacağı bildirilirdi.
Suriyanın yeni hakimiyyəti adıgedən investisiya müqaviləsini ləğv edib. Məlumatı Rusiyaya məxsus
"Российская газета" nəşri təsdiqləyib.
Nəşr bildirir ki, Suriya keçid hökumət elan edib ki, Rusiya şirkəti ilə Tartus limanında sərmayə qoyuluşu ilə bağlı imzalanmış müqavilə ləğv edilib: Limanın fəaliyyətindən əldə edilən bütün gəlirlər Suriya dövlətinin xeyrinə istifadə olunacaq: Gözlənilir ki, Suriyanın yeni hökuməti limanın tam fəaliyyətini bərpa etmək üçün işlər görəcək.
Suriya hakimiyyəti bəzi kateqoriyalı mallar üçün rüsumların 60 faiz azaldılması, eləcə də köhnəlmiş avadanlıqların təmiri məsələlərini müzakirə edir”-məlumatda deyilir.
Qeyd edək ki, Ermənistanın ali rəhbərliyi yanvarın 20-də ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda keçirilən rəsmi andiçmə mərasiminə dəvət olunmaması Co Bayden hakimiyyətinin israrı ilə imzalanan sazişin Tram hakimiyyəti tərəfindən önəm daşımayacağına bir işarədir.
Yeri gəlmişkən rəsmi Trampın andiçmə mərasiminə Baş nazir Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və parlament sədri Alen Simonyan dəvət olunmasa da, əvəzində rəsmi dəvət olmasa da, Ermənistanın sosial məsələlər naziri Narek Mkrtçyan tədbirə qatılıb ki, erməni həyasızlığının sərhəd tanımadığını təsdiq edir.
Əntiqə Rəşid