"Şuşa ili"nə həsr edilmiş konfrans - FOTO
“Zəfər tarixi” konfranslarının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinə əsasən 13 may tarixində MLK-in akt zalında "Zəfər konfransı" keçirilmişdir.
Təhsil alanların Zəfər tariximiz barədə məlumatlandırılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın şagirdlər arasında tanıdılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədi ilə təşkil olunan konfransı giriş sözü kompleksin direktoru Esmira Quliyeva açdı.
Kompleksin tarix müəllimləri Könül Mehdiyeva “Dəmir yumruq əməliyyatı”, tarix üzrə fəlsəfə elmləri doktoru Elmira Camalova “Şuşa qalasının tarixi”, ADPU-nun baş müəllimi tarix üzrə fəlsəfə elmləri doktoru Səbinə Həziyeva “Heydər Əliyev və müasir Azərbaycan”, ADPU-nun tarix fakultəsinin IV tələbəsi Ayşən Əmrahova “I Qarabağ müharibəsi- Şuşanın müdafiəsi”mövzuları ətrafında çıxışlar etdilər. Konfransda çıxış edən valideyn, I Qarabağ müharibəsində şəhid olmuş Heydər Həmidovun qızı, Vətən müharibəsində şəhid olmuş mayor Anar Məmmədovun həyat yoldaşı Nəzirə Məmmədovanın qürurlu çıxışı iştirakçıları kövrəltdi.
Konfransda məktəb liseyin 9-cu sinif şagirdlərinin iştirakı ilə keçirilən "Zəfər tarixi" fənnin tədrisi vəziyyətinin monitorinqinin nəticələri müzakirə edilmiş, şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Konfrans 4H sinif şagirdlərinin ifasında “Qələbə” kompazisiyası ilə yekunlaşdı.
Digər Xəbərlər
08 Iyul 2026 11:59
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlandı
07 Iyul 2026 20:12
UFC-nin sayca 12-ci məzun buraxılışı keçirilib
07 Iyul 2026 14:24
Azərbaycanda tələbələrə şad xəbər
07 Iyul 2026 11:12
Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək
06 Iyul 2026 17:44
Sabah bağçalara elektron qəbul başlayacaq
06 Iyul 2026 17:22
“Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfrans
06 Iyul 2026 17:20
Suallar çətin olub...
06 Iyul 2026 14:02


Bakı -°C

