Zelenski: “Ukrayna NATO-nun kollektiv müdafiə sisteminin bir hissəsi olmalıdır”
NATO-nun Türkiyədə keçirilən sammitində iştirak edən ABŞ prezidenti Donald Tramp bəyan edib ki, “Biz F-35 qırıcı təyarələri ilə bağlı Türkiyəyə qoyulan sanksiyanı ləğv etməyə hazırlaşırıq”.
Tramp açıq şəkildə bəyan edir ki, artıq dostlarını incitmək istəmir və Türkiyəyə hələlik 5 ədəd F-35 qırıcı təyyarə satacaq. Türkiyə prezidenti buna cavab olaraq: “ Tramp həmişə dediyi sözü tutur”- deyə cavab verib.
Sanksiyaların götürülməsinin Türkiyə üçün böyük əhəmiyyəti var. Sanksiyaların götürülməsi, Türkiyənin KAAN qırıcı təyarələri üçün amerikan F110 mühəriklərinin alınması yolunuda açır.
ABŞ prezidenti Donald Trampın bu bəyənatı İsrailin baş naziri Benyamin Netanyahunu yaman təlaşa salıb. O, həyəcan siqnalı çalaraq bəyan edib ki, ABŞ-ın Türkiyəyə belə bir silahı verməsi, regionda güc balansını pozacaq.
ABŞ prezidenti isə, geri çəkilmək fikirində deyil. NATO-nun fəaliyyətindən onsuzda narazı olan Donald Tramp, bu sammitə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğana görə gəldiyini aşıq şəkildə bidirib.
NATO-nun sammitində çıxış edən Ukraynanın prezidenti Volodimir Zelenski bəyan edib ki, “Biz Rusiyanın arxa cəbhəsinin strateji təhlükəsizliyinin tam şəkildə qorunması ideyasını məhv etdik. Rusiya strateji gücünü ölkənin dərinliklərində yerləşdirməklə düşünürdü ki, kimsə oralara gəlib çıxa bilməz. Amma biz göstərdik ki, artıq min kilimetrlərlə yol qət edərək, oralara da çata bilərik.
Ukrayna prezidenti bəyan etdi ki, Ukrayna NATO-nun kollektiv müdfiə sisteminin bir hissəsi olmalıdır.


Bakı -°C
