Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlandı
İyunun 30-da mərkəzləşdirilmiş qaydada təşkil olunan lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb və iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
Bu barədə Adalet.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, lisey və gimnaziyalar üzrə seçim prosesi 8 iyul saat 11:00-da başlayıb 14 iyul saat 12:00-dək davam edəcək.
Lisey və gimnaziya seçimləri şəxsi kabinetlərdə yerləşən “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçirilir. Bu mərhələdə namizədlər maksimum 3 lisey seçə bilərlər. Seçimdə 3 lisey qeyd etmək məcburi deyil. Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmək tövsiyə edilir.Şagird seçdiyi lisey və ya gimnaziyaya qəbul olunduğu təqdirdə şagirdlərin elektron yerdəyişmə sistemi aktivləşdiriləcək və onun üçün avtomatik yerdəyişmə sorğusu yaradılacaq. Qəbul olunan şagirdlərin sənəd qəbulu prosesinin avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, qəbul imtahanı ölkə üzrə 41 müxtəlif imtahan mərkəzində təşkil olunub və prosesdə 7 minə yaxın şagird iştirak edib. İmtahan prosesi bütün mərkəzlərdə uğurla həyata keçirilib.
Digər Xəbərlər
21 Avqust 2026 19:10
MİQ-in müsahibə mərhələsi başlayır - Bu tarixdə
21 Avqust 2026 17:00
Məktəbli forması ilə bağlı valideynlərə ÇAĞIRIŞ
21 Avqust 2026 16:48
AzTU tələbələri ABŞ-də 6 medal və xüsusi mükafat qazandı
20 Avqust 2026 12:20


Bakı -°C

