Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib - YENİLƏNİB
Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türk dövlətlərinin məktəbliləri arasında "Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib.
Adalet.az xəbər verir ki, türkdilli xalqların birliyini əks etdirən festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan 250-yə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edib.
Festivalda, həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, 150-yə yaxın məktəbli, şəhid övladları tamaşaçı qismində iştirak ediblər.
Qeyd edək ki, beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.
xxx
13:34
İyunun 1-də Şuşa şəhərində “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı başlayıb.
Adalet.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda türk dövlətlərinin məktəbliləri iştirak edirlər.
Konsert proqramında türk dövlətlərinin bədii kollektivlərinin 209 üzvü öz ölkələrinin musiqi və rəqs mədəniyyətini tamaşaçılara təqdim edəcək.
Tanınmış mədəniyyət və incəsənət xadimləri, 250-yə yaxın məktəbli, şəhid övladları festivalın tamaşaçıları arasındadır.
Xatırladaq ki, layihə çərçivəsində qonaqlar iyunun 2-dək ekskursiyalarda iştirak edəcək, ölkəmizin zəngin təbiəti, tarixi-memarlıq abidələri, quruculuq işləri ilə tanış olacaqlar.
Beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.
Digər Xəbərlər
14 Aprel 2026 14:18
Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olundu
13 Aprel 2026 17:40
Xalq artisti vəfat etdi
13 Aprel 2026 12:22
Aktyor: “Bu, dəhşəti bir şeydir”
10 Aprel 2026 13:32
Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib
09 Aprel 2026 19:29
Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTOLAR
08 Aprel 2026 17:27
Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi
08 Aprel 2026 14:45
Ankarada azərbaycanlı rəssamların sərgisinin açılışı olub
08 Aprel 2026 11:51


Bakı -°C

