Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başladı
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 14-də Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başlayıb.
Adalet.az xəbər verir ki, festivala Cıdır düzündə “Mənim Azərbaycanım” rəqs kompozisiyası və görkəmli bəstəkar Cahangir Cahangirovun “Cənnətim Qarabağ” əsəri ilə start verilib.
Bu il də “Xarıbülbül”ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən musiqi kollektivləri və solo ifaçılar qatılıblar. Bu musiqi bayramının əsas məqsədlərindən biri məhz mədəni dialoqun inkişafına töhfə vermək, mütəxəssislər arasında fikir mübadiləsini təşviq etmək və gənc musiqiçilərin yaradıcılığını dəstəkləməkdir.
Festivala azərbaycanlı ifaçılarla yanaşı, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Yaponiyadan incəsənət xadimləri dəvət olunub. Tədbirdə korifey ifaçılar, həmçinin gənc musiqiçilər çıxış edəcəklər.
Digər Xəbərlər
14 May 2026 12:12
Ömrü qışa çevrilən Mömünat - Əntiqə Kərimzadə yazır…
12 May 2026 11:54
“Şərqin qapısı” Teatr Festivalı
12 May 2026 10:56
Akif İslamzadənin SON DURUMU
08 May 2026 10:48
Akif İslamzadənin ürəyinə stent qoyuldu - YENİLƏNİB
07 May 2026 10:45
Elçinin xatirəsinə həsr olunmuş “Şekspir” tamaşası
06 May 2026 11:43
Günay Əfəndiyeva Dövlət Teatrlarının baş direktoru ilə görüşüb
05 May 2026 14:15
Türkiyədə “Azərbaycan Kinosu Günləri”nə start verilir
04 May 2026 09:51


Bakı -°C

