Şuşanı ümumxalq matəm şəhəri elan edək - Azər Qəribov yazır
Təklif edirəm Şuşanı ümumxalq matəm şəhəri elan edək.
Axı Ordumuz ona görə qurbanlar verərək Şuşanı alıb ki, Şuşada əbədi olaraq matəm bərqərar olsun, dövlətimizin yas paytaxtı olsun Şuşa.
Orada heç bir tədbir keçirilməsin, heç bir festival-mestival, toplantı filan, iclas, konsert və s. olmasın.
Мusiqi və uşaq gülüşü səslənməsin, Vaqifin, Üzeir bəyin əsərləri ifa edilməsin, toylar isə ümumiyətlə qadağan edilsin, birdən şərab zad içərlər.
Heç kim də ora getməsin, alimlər, tarixçilər, artistlər, musiqiçilər, jurnalistlər, rəssamlar, aşpazlar, xarici qonağlar, bloggerlər (asobennı!), televiziya-meleviziya, radio-madio, aparıcılar, turizmçilər, kim cəbhədə olmayıb nə azarı var orda, qaxılıb otursun evində.
Mən hətta təklif edərdim orada üzü təbəssümlü olanlara 15 il iş, "Mən İsa Bulağındayam, ura!" status yazanlara ömürlük cəza, Şuşa qalasının önündə selfi çəkənlərı isə işgəncəli güllələnmə verilsin yerindəcə, uf demədən.
Orada hotel tikəni isə elə fundament mərhələsində yerə yıxıb sürümək.
Böyük bir qara bayrağ da asaq Cıdır Düzündə və əl çəkək bəlalı Şuşadan.
Qoy orada heç vaxt günəş doğmasın, qaranlıq gecə olsun daim.
Belə baxanda qalmışdı da ermənilərdə, zato həmrəy olub "Şuşanı alandan sonra orada sevinib rəqs edəcəyik" yazırdıq...
Digər Xəbərlər
22 Dekabr 2025 17:31
Vilayət Eyvazov gənclərin sırasından seçim etdi - 13 müharibə iştirakçısı polisə qəbul olundu - VİDEO
22 Dekabr 2025 16:37
Baş nazirdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
22 Dekabr 2025 11:57
İcra başçısı ilə birlikdə həbs edilən xanım müavini azadlıqda
22 Dekabr 2025 11:53
“İndiki vəziyyətdə hərbi xidmət müddəti kifayət qədər optimaldır...”
22 Dekabr 2025 10:59
"Bakı Metropoliteni"nin yığılmış ZƏRƏRİ - 3 milyard manat...
22 Dekabr 2025 10:56
DİN-dən saxta paylaşımlarla bağlı ÇAĞIRIŞ - VİDEO
22 Dekabr 2025 10:44
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası hazırlanıb
22 Dekabr 2025 08:42


Bakı -°C

