22 Aprel 2022 14:09
674
GÜNDƏM

Asəf Quliyev: Allahverdi Bağırov humanistliyi

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür. Çox az insan olur ki, adını doğruldur. Allahverdi Bağırov sözün həqiqi mənasında Allahın bu xalqa bəxş etdiyi lütf idi. 2003-cü ildə hazırladığım filmdə silahdaşı Rüstəm Hacıyevin dediyi iki cümlə Allahverdi Bağırovun hansı mərtəbədə olduğunun əyani göstəricisidir. Onun haqqında sonra da danışdılar. Amma mənim üçün ən önəmlisi düşmənin də onun ləyaqəti, kişiliyi qarşısında aciz qaldığını müşahidə etmək idi. 2018-ci ildə hazırladığım filmdə səslənən faktlar mərdliyi, qoçaqlığı hamıya nümunə olan Allahverdi Bağırovun dünya müharibələr tarixinə düşəcək humanistliyinin onu bəşəriyyətin vicdan simvolu olacaq mərtəbəyə yüksəldiyinin göstəricisi idi.