“Mənim filmim sayəsində Azərbaycan kinosu...”- Kinorejissordan Şeyx Əbdülə cavab -QALMAQAL

Şeyx Əbdülün ünvanıma səsləndirdiyi ittihamlar boş və əsassız şeylərdir. Çox məntiqsizdir. Onun səviyyəsinə enmək mənə yaraşmaz”
Bunu Adalet.az-a açıqlamasında kinorejissor Ayaz Salayev Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun onun ünvanına səsləndirdiyi ittihamlara cavab verərkən deyib. O, daha sonra bunları əlavə edib:
“Azərbaycan kinosunu təmsil edəndə məni burdan göndərmirdilər, xaricdən dəvət alırdım. Festivallarda münsiflər heyətinin üzvü olmuşam. Ünvanıma səsləndirdiyi ittihamlar onun səviyyəsindən xəbər verir. Mənim filmim sayəsində Azərbaycan kinosu müstəqillik dövründə ilk dəfə dünya festivalına çıxıb. Məni tənqid etmək üçün səviyyə lazımdır və onda isə o səviyyə yoxdur. O, mənə “ilişmək” istəyir, amma səviyyəsi çatmır. Mən haçan demişəm ki, Azərbaycan kinosunu tanımıram? Mən Azərbaycan kino sahəsində işləyirəm və kifayət qədər xidmətlərim var”.
Qeyd edək ki, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov mətbuata açıqlamasında kinorejissor Ayaz Salayevin ünvanına sərt ittihamlar səsləndirib. Xalq artisti bu ittihamları Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı haqda danışarkən deyib.
Vasif Əlihüseyn
Digər Xəbərlər

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR + YENİLƏNİB

Bakı Xoreoqrafiya Akademiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti tədbir keçirilib

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

Onlara Prezidentin mükafatı veriləcək

Prezidentdən Arif Babayevlə bağlı SƏRƏNCAM

"Mən rəssama dedim ki, bu xalça mənə doğma gəlir. Görəsən niyə?" - Leyla Turan yazır

Leyla və Arzu Əliyevalar “Rabat xalça sənəti” sərgisində - FOTOLAR
